Geri
Lənkəranda möhtəşəm bayraq yürüşü.
Lənkəranda möhtəşəm bayraq yürüşü.
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü ilə
əlaqədar Lənkəran Dövlət Universiteti, Lənkəran
Şəhər İcra Hakimiyyəti, Şəhər Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı
ilə Lənkəranda möhtəşəm “Bayraq yürüşü”
keçirilib. Bayram yürüşünə rayon rəsmiləri
,yüzlərlə tələbə,müəllim, lənkəranlı gənc qatılıb.
Milli
atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissi və milli-mənəvi
dəyərlərin aşılanması məqsədi ilə keçirilən
“Bayraq yürüşü” şəhərin H.Əliyev prospektinin girəcəyindən start
götürüb. 3 rəngli Azərbaycan bayraqlarının dalğalandırıldığı izdiham Dövlət
Bayrağı Meydanına qədər 4 km-lik məsafədə
yürüş edib.
Prezident İlham
Əliyevin Rusiya Federasiyasının Soçi şəhərində “Valday” Beynəlxalq Diskussiya
Klubunun XVI illik iclasının plenar sessiyasındakı çıxışında söylədiyi “Qarabağ
Azərbaycandır-Nida! şüarı yürüş boyu səsləndirilib.İzdihamlı yürüşü vətənpərvərlik
ruhunda mahnılar müşayiət edib.3 rəngli Azərbaycan bayrağının əzəmətlə
dalğalandığı bayram yürüşündə iştirakçılar varlığımızı və gücümüzü dünyaya
tanıdan bayrağımızın işğal altında olan ərazilərimizdə dalğalanacağı günün
uzaqda olmadığına və Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında buna nail olunacağına inamlarını ifadə edən şüarlar səsləndiriblər.
Yürüş iştirakçıları əminliklə bildiriblər ki,Dövlət Bayrağı
hər bir azərbaycanlının qürur mənbəyidir: "Azərbaycan Xalq Cümhuriyyətinin
yadigarı olan bu bayraq bizim milli kimliyimizi,mənliyimizi, azadlıq məfkurəsinə,
milli dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir” .
Bayraq yürüşü Lənkəran Dövlət Universiteti tələbələrinin
ifasında musiqili bayram proqramı ilə
yekunlaşıb.Tələbələrin milli vətənpərvərlik ruhunda təşkil etdiyi konsert proqramı maraqla
qarşılanıb.
Qeyd edək ki, Respublika Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi
olaraq hər il keçirilən “Bayraq yürüşü”
gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ,vətənpərvərlik,azərbaycançılıq
ruhunda tərbiyə olunması baxımından əhəmiyyətli
rol oynayır.