Geri
15/11/19
LDU-da şəkərli diabetlə bağlı maarifləndirici tədbir keçirilib.
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli 15 nömrəli Qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı”nın icrası ilə əlaqədar olaraq növbəti maarifləndirici tədbir keçirilib.
“Şəkərli diabet xəstəliyinin profilaktikası, müalicəsi və reabilitasiyası” mövzusunda keçirilən seminarı giriş sözü ilə universitetin sosial məsələlər üzrə prorektoru dos. Kamran Kazımov açaraq 14 noyabr- Ümumdünya diabet günü ilə bağlı iştirakçılara məlumat verib. Bildirib ki, universitet tələbələri arasında şəkərli diabet xəsəliyindən əziyyət çəkənlərin mütəmadi uçotu aparılır və onlara bu istiqamətdə kömək məqsədilə maarifləndirici seminarlar təşkil edilir.
Lənkəran Mərkəzi xəstəxanasının həkimi, universitetin müəllimi Nərmin Salayeva şəkərli diabet xəstəliyinin mahiyyəti, əlamətləri, proflaktikası və müalicəsi haqqında geniş məruzə edib. Məruzə ətrafında çıxışlar olub ,fikir mübadiləsi edilib və tələbələri maraqlandıran suallar cavablandırılıb.

Mənbə: