Geri
15/11/19
“Narkomaniyaya yox!”.
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə bağlı maarifləndirici seminar keçirilib.
“Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadənin yaratdığı fəsadlar,narkomaniyadan qorunmağın yolları, xəstəliyin müalicəsi və reabilitasiyası” mövzusunda keçirilən seminarda LDU-nun tələbə və müəllimləri fəal iştirak edib.
Təbiyyat fakültəsinin dekanı, biologiya üzrə fəlsəfə doktoru, dos. Ramiz Şəmmədov narkotik vasitələrin ən geniş yayılan növləri haqqında ətraflı məlumat verib. Bildirib ki, narkotik vasitələrdən istifadə insanlarda müqavimətin azalmasına, immun sisteminin zəifləməsinə, depressiyaya ,erkən ölümə və s.gətirib çıxarır və son əsrlərin ən dəhşətli sosial bəlası sayılan narkomaniyaya qarşı mübarizə aparmaq cəmiyyətin hər bir üzvünün ali vəzifəsi olmalı, bu istiqamətdə bütün səylər birləşdirilməli,maarifləndirici tədbirlərin miqyası genişləndirilməlidir.
Seminar qarşılıqlı diskussiya və fikir mübadiləsi şəraitində keçib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Mənbə: