Geri

06/12/19

Özbəkistanlı qonaqlar LDU-da olub .


Özbəkistanın Buxara vilayətinin nümayəndə heyəti Lənkərana dostluq səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində (LDU) olub. Buxara Vilayət Hakiminin müavini Vahid Hiyezovun, Vilayət Mədəniyyət İdarəsi rəhbərinin müavini Qalibcon Barotovun, Vilayət Dövlət Filormoniyasının rəhbəri Rauf Avezovun, Özbəkistan Nazirlər Kabinetinin yanında Xarici Ölkələrlə Dostluq Əlaqələri, Millətlərarası Münasibətlər üzrə Komitənin sədr müavini Firuz Bekovun və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, professor Erkin Nuriddinovun daxil olduğu nümayəndə heyətini universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov ,müəllim və tələbələr qarşılayıblar.
Universitet rəsmisi özbəkistanlı qonaqlara bölgənin yeganə ali təhsil ocağı olan LDU-nun fəaliyyəti,,bu ali təhsil ocağında tədrisin modern yenilənməsi,aparılan təhsil islahatları,reallaşan yeni layihələr,beynəlxalq əlaqələr barədə ətraflı məlumat verib.
Qonaqlar cari tədris ilində istifadəyə verilmiş tədris korpusları, yeni yataqxana və müasir standartlara tam cavab verən laboratoriyalarla əyani tanış olublar.Universitetdə təhsil alan tələbələrlə,professor-müəllim heyəti ilə əyani tanışlıq, fikir mübadiləsi qonaqlarda xoş təəssürat yaradıb.
Sonda xatirə şəkilləri çəkilib.
Qeyd edək ki, LDU ilə tanışlıq Lənkəranda keçirilən “Özbəkistan mədəniyyəti günləri” çərçivəsində baş tutub.

Özbəkistanlı qonaqlar LDU-da olub .


Mənbə:
Paylaş: