Geri
12/12/19
Heydər Əliyevin xatirəsi LDU-da ehtiramla yad olunub.
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş anım mərasimi keçirilib. Mərasim iştirakçıları ilk öncə H.Əliyev xatirə parkında ulu öndərin xatirəsinə ucaldılmış abidə kompleksi ziyarət edərək önünə gül-çiçək dəstələri qoyublar.
Anım mərasimi universitetin Heydər Əliyev muzeyində davam etdirilib.Tədbir iştirakçıları ulu öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirdə çıxış edən LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov dahi şəxsiyyət Heydər Əliyevin şərəfli həyat yolundan və fəaliyyətindən söz açaraq, ulu öndərin Azərbaycanın müstəqillik qazanmasında, eyni zamanda ölkənin ictimai-siyasi, iqtisadi və digər mühüm sahələrindəki əvəzsiz və unudulmaz rolundan bəhs edib, təhsil sahəsinin inkişafına göstərdiyi qayğıdan konkret faktlar əsasında söz açıb.
Humanitar fakültənin dekanı,tarix üzrə fəlsəfə doktoru ,dosent Kamal Mahmudov “Heydər Əliyevin Azərbaycan dövləti və dövlətçiliyindəki tarixi rolu” mövzusunda məruzə edib.Məruzədə qeyd edilib ki, Heydər Əliyev Azərbaycanın ən yeni tarixinə imzasını atan böyük tarixi şəxsiyyət və qüdrətli dövlət xadimidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan ümummilli lider dünyanın böyük güclərinin maraqlarının toqquşduğu bir şəraitdə fövqəladə missiyanı öz üzərinə götürərək Azərbaycanın müstəqilliyinə yönələn təhlükələri aradan qaldırıb, uzaqgörənliyi, müdrikliyi və zəkası ilə vətəndaş müharibəsinin qarşısını alıb, müasir dövlətçilik sisteminin əsaslarını yaradıb, Azərbaycanın müstəqilliyini dönməz və əbədi edib.
Anım tədbirində universitetin sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov,İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı, iqtisad elmləri namizədi , dosent Gülbəniz Əliyeva, LDU Həmkarlar İttifaqı Komitəsinin sədri Vaqif Quliyev çıxış ediblər.Çıxışlarda bildirilib ki, Azərbaycanın iqtisadi inkişaf modelini müəyyənləşdirən dahi liderin rəhbərliyi dövründə siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində böyük dönüşlərə və irəliləyişlərə nail olunub, ölkənin beynəlxalq aləmdə tanınması və nüfuzunun artması istiqamətində nəhəng işlər görülüb. Prezident İlham Əliyevin ümummilli lider tərəfindən müəyyən edilmiş dövlətçilik kursunu uğurla davam etdirməsi Azərbaycanın gələcəyinə inamın təsdiqidir.
Tədbirdə vurğulanıb ki, ölkədə siyasi sabitliyin bərpa olunmasından tutmuş Azərbaycanının bu gün abad və güclü bir dövlət səviyyəsinə yüksəlməsinə qədər əldə etdiyi bütün nailiyyətlərin əsasında ümummilli lider Heydər Əliyevin ideyaları, gələcəyə hesablanmış siyasi kursu dayanır.

Mənbə: