Geri

18/12/19

LDU-da Turizm Könüllüləri Təşkilatının təqdimatı keçirilib.


Lənkəran Dövlət Universitetində “İqtisadiyyat və idarəetmə” fakültəsinin təşkilatçılığı ilə Turizm Könüllüləri Təşkilatının təqdimatı olub.
Dövlət Turizm Agentliyinin turizm könüllüləri təşkilatının direktoru Hüseyn Məmmədovun və Lənkəran TİM-in direktoru İlqar Əzimovun iştirakı ilə təşkil olunan görüşdə tələbələrə Turizm Könüllüləri Təşkilatının məqsədi, fəaliyyət istiqamətləri, gələcək planları, həyata keçiriləcək layihələr və inkişaf proqramları, sosial və ekoloji aksiyalar, könüllülər tərəfindən ictimai formada turistlərə yardımın təşkili və bu istiqamətdə ali təhsil müəssisələri ilə əməkdaşlığın önəmliliyi barədə məlumat verilib. Bildirilib ki, təşkilatın əsas məqsədi ona üzv olan gənclərin fəaliyyətini əlaqələndirmək, onların inkişafı üçün milli və beynəlxalq səviyyədə turizm sahəsi üzrə iştirakçılığına şərait yaratmaq, ölkədə turizm sahəsi üzrə peşəkar mütəxəsislərin yetişdirilməsi üzrə müxtəlif konsepsiyalarını, layihə və proqramlarını həyata keçirmək, turizm könüllülərinin şəxsi inkişaf və liderlik qabiliyyətlərinin formalaşdırılması sahəsində işlər aparmaq, regionlarda könüllülərin vasitəsi ilə turizm anlayışının aşılanmasını təmin etməkdən ibarətdir.
Diskusiya şəraitində keçirilən tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.

LDU-da Turizm Könüllüləri Təşkilatının təqdimatı keçirilib.


Mənbə:
Paylaş: