Geri

20/12/19

LDU ali təhsillə bağlı layihənin iştirakçısı oldu.


Azərbaycan Təhsil İnstitunun direktor müavini Anar Nağıyev qurumun bir qrup əməkdaşı ilə birgə Lənkəran Dövlət Universitetində (LDU) olub.Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Təhsil İnstitunun təmsilçilərinə LDU , burada son illərdə ali təhsilin yenilənməsi istiqamətində həyata keçirilən layihələrlə bağlı məlumat verib.
Təhsil Nazirliyinin direktor müavini Anar Nağıyev Təhsil Nazirliyinin əsas benefisiarı olduğu və Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycanın ali təhsil sistemində tədqiqat,ixtira və innovasiyaların gücləndirilməsi” layihəsi barədə danışıb.Bildirib ki, layihənin əsas məqsədi ali təhsil sistemində tədqiqat, ixtira və innovasiyaların strategiyası və idarəedilməsinin gücləndirilməsindən ibarətdir.
Müzakirə zamanı layihənin əsas kompanentləri müzakirə edilib və Lənkəran Dövlət Universitetinin də həmin layihəyə qoşulması qərara alınıb.

LDU ali təhsillə bağlı layihənin iştirakçısı oldu.


Mənbə:
Paylaş: