Geri
LDU-da gənc tədqiqatçıların elmi-praktik konfransı keçirilir.
Lənkəran Dövlət Universitetində (LDU) “Müasir təlim texnologiyalarının tətbiq
olunmasının təhsilin keyfiyyətinə təsiri” mövzusunda gənc tədqiqatçıların respublika
elmi-praktik konfransı öz işinə başlayıb.Konfrans dövlət himnimizin ifası ilə start götürüb.
LDU ilə yanaşı, ölkənin aparıcı ali təhsil müəssisələrindən,
elmi mərkəzlərdən, müxtəlif təşkilatlardan nümayəndələrin, görkəmli alimlərin
qatıldığı konfransı Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən
profesor Natiq İbrahimov açıb.Natiq İbrahimov rəhbərlik etdiyi ali məktəbdə son illərdə keçirilmiş müxtəlifyönümlü beynəlxalq
və respublika miqyaslı elmi konfranslar barədə iştirakçılara məlumat verib. Bildirib
ki, bugünkü konfransın keçirilməsində əsas məqsəd müasir təlim texnologiyalarının tədbiq
olunmasının təhsilin keyfiyyətinə təsirini öyrənmək, mövzuya gənc tədqiqatçıların
elmi yanaşmasını təhlil etmək, müxtəlif
elm sahələrinə təsirini müzakirə etmək,elmi nəticələrin tədbiqinə nail olmaqdır.Universitet
rəsmisi ali təhsil ocaqlarında gənc tədqiqatçılar üçün optimal şəraitin
yaradılmasını,modern laboratoriyaların quraşdırılmasını elmi inkişafın əsas
amili kimi dəyərləndirib və bu istiqamətdə LDU-da görülən işlərdən danışıb.
Konfransda LDU-nun tədrisin təşkili və təlim
texnologiyaları üzrə prorektoru vəzifəsini icra edən dosent İdrak Əsgərov “Müasir
təlim texnologiyalarının tətbiq olunmasının təhsilin keyfiyyətinə təsiri”
mövzusunda geniş məruzə edib.Məruzəçi qeyd edib ki,təhsilin keyfiyyət səviyyəsi
hər bir tarixi mərhələdə ictimai-siyasi,sosial –iqtisadi,elmi-mədəni inkişafla
bağlı tələblərdən irəli gəlir.İdrak Əsgərov Lənkəran Dövlət Universitetinin timsalında
bu istiqamətdə görülən işlər və perspektiv planlar barədə iştirakçılara ətraflı məlumat verib.
BDU- nun Fiziki coğrafiya kafedrasının müdiri,
professor Yaqub Qəribov müasir təlim texnologiyalarının tədbiqinin təhsilin
inkişafına göstərdiyi müsbət təsiri çalışdığı və səfər etdiyi xarici ölkələrin
təcrübəsi əsasında şərh edib.
Məruzə ətrafında çıxışlardan sonra konfrans
iştirakçıları adından prezident İlham Əliyevə müraciət qəbul olunub.
Gün ərzində
konfrans işini plenar iclaslarda davam etdirəcək.Qeyd edək ki,bu
gün IV bölmə üzrə 130-dan artıq
tezisin dinlənilməsi nəzərdə tutulub.
Konfransa günün sonunda yekun vurulacaq və fərqlənənlərə
sertifikatlar təqdim olunacaq.
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.