Geri

29/12/19

LDU-nun Elmi Şurası 2019-cu ildə son iclasını keçirilib


Bu gün Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın 2019-cu ildə son iclası keçirilib. Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iclası açaraq gündəlikdə duran məsələləri şura üzvlərinin diqqətinə çatdırıb.

Müzakirəyə keçməzdən əvvəl professor Natiq İbrahimov şura üzlərini və onların simasında universitetin bütün kollektivini 31 dekabr –Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və yeni-2020-ci il münasibətilə təbrik edərək xoş bayram arzularını çatdırıb,səmərəli fəaliyyətlərinə görə minnətdarlıq bildirib.

Elmi Şuranın müzakirəsinə ilkin olaraq “Payız semestrində tədris prosesinin yekunları barədə” məsələ çıxarılıb.Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərovun məlumatı dinlənilib.

“Universitetin elmi –tədqiqat işlərinin hesabatı”nı Tədqiqat işləri və innnovasiyalar üzrə prorektor vəzifəsini icra edən dosent Elvin Əliyev təqdim edib.Müzakirə zamanı şura üzvləri hər iki məsələ ətrafında fikir və təkliflərini bildiriblər.

Elmi Şurada digər cari məsələlərə də baxılıb .Müzakirəyə çıxarılan məsələlərlə bağlı müvafiq qərarlar qəbul olunub.

LDU-nun Elmi Şurası 2019-cu ildə son iclasını keçirilib


Mənbə:
Paylaş: