Geri

20/02/20

Elmi Şurada pedaqoji və istehsalat təcrübələrinin gedişi müzakirə edilib.


Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasından sonra keçirilən ilk iclasında müzakirəyə çıxarılan məsələlərdən biri də imtahan sessiyasının nəticələri olub.Elmi Şuranın sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov şura üzvlərini ətraflı məlumatlandırmaq üçün sözü Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərova verib.Məruzəçi ayrı-ayrı fakültələr üzrə payız semestrinin imtahan sessiyasının nəticələrini diaqram və cədvəllər, slaydlar vasitəsilə şura üzvlərinə təqdim edib.Təqdimatda imtahan nəticələri əvvəlki semestrlərlə və illərlə müqayisəli şəkildə təqdim olunub, uğurlar və geriləmələr barədə konkret açıqlamalar verilib.
Dosent İdrak Əsgərov Elmi Şurada 2019/2020-ci tədris ilinin yaz semestrinin gedişi,pedaqoji və istehsalat təcrübələrinin təşkili barədə hesabatla da çıxış edib.Hesabatda qarşıda duran vəzifələr ön plana çəkilib, fakültə, kafedralar qarşısında duran əsas vəzifələr açıqlanıb.Bildirilib ki, bu ilki pedaqoji və istehsalat təcrübələrinin təşkilində hər hansı problem yaranmayıb,proses nəzarətdədir və qarşıya çıxan çətinliklər operativ aradan qaldırılır.Dosent İ.Əsgərov məsələ ilə bağlı Elmi Şura sədrinin suallarını da cavablandırıb.
Payız semestrinin imtahan və kollovium yazıları üzrə aparılmış təkrar yoxlamaların nəticələri barədə universitetin Elmi katibi Allahşükür Quliyevin məruzəsi geniş müzakirə mövzusu olub.Mövzu ətrafında Elmi Şuranın sədri Natiq İbrahimov və şura üzvləri çıxış edərək fikir və mülahizələrini bildiriblər.Bu sahədə nöqsanlara yol vermiş müəllimlər barədə tədbirlərin görülməsi qərara alınıb, fakültə dekanlarına, kafedra müdirlərinə xəbərdarlıq edilib. Yoxlamaların hələ başa çatmadığı,yekun nəticələr barədə şura üzvlərinə növbəti iclaslarda ətraflı məlumat verilməsi qərara alınıb.
Cari ildə doktoranturaya qəbul və dissertanturaya təhkim olunmanın nəticələri barədə Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən dosent Elvin Əliyev məlumat verilib.Məlumatda bildirilib ki, bu il LDU üçün ayrılan yerlərin bir hissəsi boş qalıb.Məsələyə münasibət bildirən professor Natiq İbrahimov səlahiyyətli şəxslərə bu sahəyə diqqəti artırmağı,elmi işə həvəsi olan bakalavr və magistrantlarla mütəmadi, kompleks şəkildə məşğul olmağı tövsiyə edib.
“Azərbaycan müəllimi” qəzetində dərc olunan elana əsasən kafedralarda vakant olan yerlərə seçkilərin keçirilməsi barədə Elmi katib Allahşükür Quliyevin təqdimatından sonra gizli səsvermə yolu ilə seçim aparılıb.
Elmi Şurada bir sıra cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.

Elmi Şurada pedaqoji və istehsalat təcrübələrinin gedişi  müzakirə edilib.


Mənbə:
Paylaş: