Geri

24/02/20

LDU-da koronovirusla bağlı tədbir keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində maarifləndirici tədbir keçirilib. Lənkəran Rayon Mərkəzi Xəstəxanası ilə birgə keçirilən tədbirdə xəstəliyin profilaktikası, ondan qorunma yolları, müalicəsi ilə bağlı tələbə və müəllimlərə ətraflı məlumat verilib.
Rayon mərkəzi xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinin müdiri Zəfər Fərzəliyev bildirib ki, Çindən dünyaya yayılan koronovirus xəstəliyi yüksək sürətlə əhatəsini genişləndirməkdə davam edir.Bu xəstəliyə yoluxanların və ölənlərin sayının getdikcə artması, koronovirusun Azərbaycanın qonşu dövləti olan İranda aşkarlanması və bu virusdan ölənlərin olması səbəbindən Azərbaycanda hamı- bütün cəmiyyət təhlükənin aradan qaldırılması məqsədilə səfərbər olmalı,qabaqlayıcı tədbirlərlə infeksiyanın qarşısı alınmalıdır.İnfeksionist həkim xəstəlikdən qorunmağın yolları ilə bağlı lazımi nəzəri məlumatları çatdırdıqdan sonra şöbənin tibb bacıları bunu tələbələrə əyani şəkildə nümayiş etdiriblər.
Tədbir Respublika Səhiyyə Nazirliyinin maarifləndirici məqsədlə hazırladığı videoçarxın nümayişi ilə başa çatıb.

LDU-da koronovirusla bağlı tədbir keçirilib.


Mənbə:
Paylaş: