Geri

02/03/20

“Miqrasiya könüllüsü” .


Fevralın 28-də Lənkəran Regional Dövlət Miqrasiya Xidməti İdarəsi Miqrasiya Könüllülərinin 2020-ci il -“Könüllülər ili” üçün nəzərdə tutulmuş Tədbirlər Planına uyğun olaraq Lənkəran Dövlət Universitetində tələbələr üçün maarifləndirici tədbir keçirib.İdarənin inspektoru Zaur Əlişov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2020-ci ilin “Könüllülər ili” elan edilməsini ölkəmizdə könüllü gənclərin fəaliyyətinə verilən ən yüksək dəyər adlandırıb.Bildirib ki,Dövlət Miqrasiya Xidməti gənclərlə təmaslarını artırmaq, könüllü əhatəsini genişləndirərək onları bu sahə ilə daha yaxından tanış etmək, dövlət idarəetməsi üzrə məlumatlandırmaq, bununla şəxsi inkişafları, gələcək karyera imkanları üçün onları Xidmətin fəaliyyətinə cəlb etmək, miqrasiya məktəbi çərçivəsində həyata keçirdiyi tədbirlərin əhatəsinin genişləndirilmək və bütövlükdə könüllülərlə sistemli əməkdaşlıq qurmaq məqsədilə bütün enerjili, bacarıqlı, vətənpərvər, yaradıcı və təşəbbüskar gəncləri “Miqrasiya könüllüsü” layihəsində iştiraka dəvət edir.


Qeyd edək ki,Dövlət Miqrasiya Xidməti komandasının üzvü olan könüllü


· Dövlət Miqrasiya Xidmətində təcrübə qazanacaq;


· Əcnəbi vətəndaşlarla sıx ünsiyyətdə olacaq;


· Miqrasiya proseslərini yaxından izləyəcək və iştirak edəcək;


· Gələcək karyera üçün biliklər əldə edəcək;


· Beynəlxalq tədbirlərdə iştirak etmək imkanı qazanacaq;


· Beynəlxalq təşkilatların fəaliyyəti ilə tanış olacaq, bu prosesdə iştirak imkanı qazanacaq;


· Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə təcrübə toplayacaq;


· Yerli və xarici gənclərdən ibarət enerjili komandanın üzvü olmaq şansı əldə edəcəkdir.


Lənkəran Dövlət Universitetinin Miqrasiya Könüllülərinin komandasına qoşulmaq istəyən tələbələri CV-ni konullu@migration.gov.az email ünvanına göndərə bilərlər.

“Miqrasiya könüllüsü” .


Mənbə:
Paylaş: