Geri

02/03/20

LDU-da Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib.


28 fevral tarixində Lənkəran Dövlət Universitetində (LDU) 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı maarifləndirici tədbir keçirilib.Respublika Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə universitetin müəllim , tələbə və işçi heyəti iştirak edib. “Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusu ətrafında keçən tədbirdə FHN-in Cənub Regional Mərkəzinin Mülki Müdafiə İdarəsinin rəisi polkovnik Araz Hüseynov,DYNX-nin Cənub Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin şöbə rəisi,d/x polkovnik leytenantı Samir Kərimov və Mərkəzin Maarifləndirmə Sektorunun müdiri Zaur Hüseynovun mövzu ətrafında məruzələri dinlənilib.Məruzələrdə Beynəlxalq Mülki Müdafiə Təşkilatı,onun funksiyaları, fəaliyyətinin məqsəd və məramları barədə ətraflı məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


FHN tərəfindən hazırlanmış maarifləndirici video-çarxların nümayişindən sonra təhsil müəssisələrinin təxliyyə planlarının mərtəbələr üzrə qaydalara əməl etməklə düzgün hazırlanmasının,yanğın və texniki təhlükəsizlik tədbirlərinə əməl olunmasına nəzarətin artırılmasının ,ehtiyat çıxış qapılarının və zirzəmilərinin daim istifadəyə yararlı vəziyyətdə saxlanmasının ,ilkin yanğınsöndürmə vasitələri ilə təchiz olunmasının vacibliyi bir daha tədbir iştirakçılarının diqqətinə çatdırılıb.


Tədbirin sonunda açıq havada FHN-in regionda fəaliyyət göstərən qurumlarının xüsusi xilasetmə alət və avadanlıqlarının sərgisi təşkil olunub.Sərgidə fövqəladə hallar zamanı davranış qaydaları, ilkin tibbi yardımın göstərilməsi vərdişləri ,texnika və avadanlıqlardan istifadə etmək qaydaları əyani olaraq nümayiş edilib,iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

LDU-da Ümumdünya  Mülki Müdafiə  Günü ilə bağlı tədbir keçirilib.


Mənbə:
Paylaş: