Geri
LDU-da tədrisin məsafədən təşkili uğurla davam etdirilir.
Koronovirus (COVİD-19) pandemiyası səbəbilə Lənkəran Dövlət Universitetində (LDU) aktiv formada təşkil edilən onlayn (məsafədən) dərslər uğurla davam etdirilir. Dərslərin keyfiyyətində və dərslərə könüllü qoşulan tələbələrin sayında hər gün artım müşahidə edilir.
Hazırda Universitetin bakalavriat və magistratura səviyyələri üzrə ümumilikdə 3 minə yaxın istifadəçi internet üzərindən yayımlanan şəxsi kabinetlərində yerləşdirilmiş audio-video tədris materiallarından istifadə etmək üçün məlumat bazasına 50 min dəfədən çox müraciət etmiş, müəllimlərin şəxsi təşəbbüsü ilə onlayn dərslərə cəlb olunurlar. Tələbələrlə video konfranslar yaratmaqla mühazirələr təşkil olunur, onlara ev tapşırıqları verilir, tələbələrin şəxsi kabinetlərində yerləşdirilmiş digər dərs materialları – sillabus, mühazirələrdən istifadənin sistemləşmiş qaydada aparılmasına xüsusi diqqət yetirilir. Fərdi və ya qrup şəklində onlayn müəllim-tələbə ünsiyyəti keçirilən materialların daha dərindən mənimsənilməsinə imkan yaradır.