Geri
Lənkəran Dövlət Universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun Ramazan bayramı münasibətilə Təbriki.
Hörmətli
həmkarlar, Lənkəran Dövlət Universitetinin bütün işçi kollektivi-professor- müəllim heyəti, əziz tələbələr!
Hamınızı
Müsəlman dünyasının ən müqəddəs bayramlarından olan ,on bir ayın sultanı
sayılan Ramazan bayramı münasibətilə ürəkdən təbrik edir, könül xoşluğu, süfrələrinizə ruzi-bərəkət, ailələrinizə
firavanlıq, xalqımıza salamatlıq, dövlətimizə əmin-amanlıq arzulayıram.
Ramazan
bayramı ona görə müqəddəs sayılır ki, müsəlmanların dini kitabı olan Qurani-Kərim
məhz bu mübarək ayda nazil olub. Ramazan ilahi hikmətlər,barış, əmin-amanlıq,xeyirxahlıq
ayıdır.Orucluq mərasimləri hər il ölkəmizdə humanizmin,birlik və bərabərliyin təntənəsinə
çevrilir.
Bu
əziz bayram münasibətilə hamınızı bir daha təbrik edir, ailələrinizə xoşbəxtlik,
süfrələrinizə xeyir-bərəkət diləyirəm.
Ramazan bayramınız mübarək!