Geri
LDU-da keçirilən onlayn seminar Mehriban xanım Əliyevanın doğum gününə həsr olunub.
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın doğum gününə həsr
edilmiş “Qlobal pandemiyanın Azərbaycan
iqtisadiyyatına təsirləri və onunla mübarizənin milli strategiyası” mövzüsündə onlayn seminar
keçirilib.
Onlayn seminara Lənkəran
Dövlət Univeristetinin professor-müəllim heyəti və tələbələri qatılıb.Tədbiri
LDU-nun İqtisadiyyat fakültəsinin dekanı dos.Gülbəniz Əliyeva
açıb və ilk öncə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanı
doğum günü münasibətilə konfrans
iştirakçıları, həmçinin, LDU-nun rektoru vəzifəsini icra edən prof.Natiq
İbrahimovun, professor-müəllim-tələbə heyətinin adından təbrik edib, Azərbaycan
dövlətinin inkişafı, xalqımızın tərəqqisi yolundakı fəaliyyətində uğurlar arzulayıb.Seminarın olduqca aktual
mövzuya həsr edildiyini deyən G.Əliyeva COVİD-19
pandemiyasının milli iqtisadiyyata, məşğulluq
və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması istiqamətində ölkədə,
o cümlədən LDU-da görülən tədbirlərdən
danışıb,bu yöndə makroiqtisadi
prioritetləri ətraflı şərh edib. Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın xalqın
sağlamlığı, təhlükəsizliyinin qorunması, sosial müdafiəsi ilə bağlı çoxşaxəli fəaliyyətindən
söz açan məruzəçi bu işlərin xalqın ürəyincə olduğunu, onların rifahına xidmət
etdiyini, mənafeyi ilə üst-üstə
düşdüyünü xüsusi vurğulayıb.
Çıxışçılar koronavirus pandemiyasının
Azərbaycan iqtisadiyyatına təsirləri və dövlət başçısı Cənab İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən məqsədəyönlü, qabaqlayıcı tədbirlər nəticəsində iqtisadiyyata
dəyən ziyanın minimuma endirilməsi,LDU-da bu istiqamətdə
görülən işlər, qarşıda duran vəzifələrlə bağlı geniş fikir mübadiləsi ediblər.