Geri
Bakı Dövlət Universiteti (#BDU) Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin birgə start verdiyi layihəni #HərZamanTəhsil həştəqi ilə davam etdirir.
Bakı Dövlət Universiteti (#BDU) Təhsil Nazirliyi və ali təhsil müəssisələrinin birgə start verdiyi layihəni #HərZamanTəhsil həştəqi ilə davam etdirir.
Bakı Dövlət Universitetində koronavirus (COVID-19) infeksiyasına yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınmasını təmin etmək üçün hazırlıq işləri yüksək səviyyədə davam etdirilir. Yeni tədris ilinin başlamasına az müddətin qaldığını nəzərə alaraq, BDU-da virusa qarşı təhlükəszliyin təmin edilməsi məqsədilə təlimat kitabçası hazırlanır. Təlimatda bütün metodik göstərişlər öz əksini tapıb. Universitetdə əməkdaşların təhlükəsizliyi üçün lazımi şərait yaradılıb.
BDU-nun yataqxanası yeni tədris ilində - ənənəvi təhsil başlayanda tələbələrin istifadəsinə veriləcək. 220 nəfər üçün nəzərdə tutulan yataqxanada tələbələr üçün lazım olan hər şərait yaradılıb.
Estafeti Bakı Slavyan Universitetinə (BSU) ötürürük.
Layihə çərçivəsində görülən işlərdən xəbərdar olmaq üçün - https://www.facebook.com/groups/ali.tehsil linkinə daxil olaraq feysbuk qrupuna qoşula bilərsiniz.