Geri

08/09/20

Bakı Slavyan Universiteti Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə keçirdiyi layihəni davam etdirir.


Bakı Slavyan Universiteti Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə keçirdiyi layihəni davam etdirir.
Yeni- 2020-2021-ci tədris ilinin başlanmasına 1 həftə vaxt qalır. Məlumat üçün bildiririk ki, Bakı Slavyan Universiteti (BSU) rəhbərliyinin dəstəyi və bu ali təhsil müəssisəsinin Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin Diplomatiya və xarici siyasət kafedrasının nəzdində fəaliyyət göstərən Gənc Diplomatlar Klubunun təşkilatçılığı ilə həyata keçiriləcək yeni və maraqlı layihələrdən biri də “Gələcəyin diplomatları” layihəsidir.Qeyd edək ki, bu gün başlayan və sentyabr ayının 12-də başa çatacaq layihə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının yaradılmasının 101-ci ildönümünə həsr olunub. Layihənin hədəf qrupu BSU-da və digər universitetlərdə ali təhsilin bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələrdir.“Zoom”platforması üzərindən keçiriləcək layihənin icrası zamanı BSU-nun Beynəlxalq münasibətlər, regionşünaslıq və jurnalistika fakültəsinin müvafiq kafedralarının professor-müəllim heyəti tərəfindən tələbə-gənclər üçün “Azərbaycan diplomatiyası və xarici siyasəti”, “Diplomatiyanın əsasları, vəzifələri”, “Münaqişələrdə diplomatiyanın effektivliyi” və bu kimi müxtəlif aktual mövzularda onlayn təlimlərin təşkil edilməsi nəzərdə tutulur.
Layihənin sonunda bütün iştirakçılara sertifikatlar təqdim ediləcək.
Estafeti uğurlar arzusu ilə Lənkəran Dövlət Universitetinə ötürürük.
Onu da qeyd edək ki,layihə çərçivəsində görülən işlər, reallaşan tədbirlər barədə məlumat almaq və müzakirələrdə iştirak etmək üçün müvafiq linkə (https://www.facebook.com/groups/ali.tehsil) daxil olaraq Facebook qrupuna qoşula bilərsiniz.
Bakı Slavyan Universiteti Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə keçirdiyi layihəni davam etdirir.


Mənbə:
Paylaş: