Geri

10/09/20

SDU Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə keçirdiyi layihəni davam etdirir.


Məlumat üçün bildirək ki, Sumqayıt Dövlət Universitetinin 2020-2021-ci tədris ilində həyata keçiriləcək ən böyük layihələrdən biri universitetin 1 saylı tələbə yataqxanasının əsaslı təmiridir. Məlumat üçün bildirək ki, yataqxanada 1992-ci ildən bəri məcburi köçkünlər məskunlaşmışdır. 2020-ci ilin əvvəlində məcburi köçkünlər dövlətimiz tərəfindən onlar üçün tikilmiş binalara köçürülmüşdür. Yataqxana tam yararsız vəziyyətə düşmüşdü. Təmirlə bağlı layihələndirmə işləri başa çatmışdır. Yataqxana müasir standartlara uyğun layihələndirilmiş, tələbələrin rahatlığını təmin etmək üçün hər cür şəraitin yaradılması planlaşdırılmışdır. Yataqxanada 100-ə yaxın otaqdan əlavə kitabxana, camaşırxana, yeməkxana və tələbələrin asudə vaxtının keçirilməsi üçün istirahət guşəsi də nəzərdə tutulmuşdur.
Fizika və elektroenergetika fakültəsinin təşəbbüsü ilə elektroenergetika sahəsində energetika üzrə mütəxəssis hazırlığında enerjinin ötürülməsi və paylanmasında tədris olunan fənlərin dərindən öyrənilməsi istiqamətində universitetdə Elektroenergetika üzrə Muzey və Tədris poliqonunun yaradılması planlaşdırılır.
Tədris Muzeyinin yaradılmasında məqsəd elektroenergetika sahəsində istifadə olunan müxtəlif növ avadanlıqların nümayişi ilə onların yaxından öyrənilməsi və müasir bu tip avadanlıqlarla müqayisəli analiz olunması ilə gələcək tədris və elm sahəsində məşğul olan mütəxəssislərə xidmət etməkdir. Yaradılacaq Muzey və Tədris poliqonu tədrislə yanaşı elmi fəaliyyətlə məşğul olan professor-müəllim heyəti və tələbələr üçün faydalı olacaq. Tədris poliqonu tədris zamanı tələbələrin yüksək gərginliyin alçaq gərginliyə çevrilərək istifadəçilərə ötürülməsində istifadə olunan hər bir mövqenin ayrı-ayrılıqda mükəmməl öyrənmələrinə əyani vəsait kimi xidmət edəcək. Bu da elektroenergetika sahəsində mütəxəssis hazırlığı üçün əvəzolunmaz bir vasitədir.
Qeyd edək ki, layihə çərçivəsində görülən işlərdən xəbərdar olmaq və müzakirələrdə iştirak etmək üçün müvafiq linkə ( https://www.facebook.com/groups/ali.tehsil) daxil olaraq feysbuk qrupuna qoşulmaq tövsiyə edilir.
SDU Təhsil Nazirliyinin ali təhsil müəssisələri ilə birgə #HərZamanTəhsil həştəqi ilə keçirdiyi layihəni davam etdirir.


Mənbə:
Paylaş: