Geri
LDU Beykənd Universiteti ilə əməkdaşlığı genişləndirir.
Lənkəran Dövlət Universiteti (LDU) Turkiyə Cümhuriyyətinin Beykənt Universiteti ilə aralarında bağlanmış qarşılıqlı əməkdaşlıq protokoluna əsasən tələbə-müəllim mübadiləsinə start verib.
3-7 dekabr 2018-ci il tarixlərində Lənkəran Dövlət Universitetinin İqtisadiyyat və İdarəetmə fakültəsinin dekanı, dosent Gülbəniz Əliyeva və Xarici Dillər kafedrasının müəllimi Aynur Rzayeva Türkiyə Cümhuriyyətinin Beykənt Universitetinə səfər ediblər. Səfər zamanı müəllimlərimiz Beykənt Universitetinin Beynəlxalq əlaqələr şöbəsində görüşlər keçirmişlər.Dosent Gülbəniz Əliyeva Beykənt Universitetinin Maliyyə və Bankçılıq kafedrasının rəhbəri professor Vedat Akman, Aynur Rzayeva İngilis dili və ədəbiyyatı kafedrasının rəhbəri professor Visam Mansur ilə müzakirələr aparıblar. LDU-dan olan müəllimlər 1 həftə ərzində Beykənd Universitetinin müvafiq kafedralarında dərslərdə iştirak etmiş, seminarlar keçirmişlər.
Dekabr ayının 5-də dosent Gülbəniz Əliyevanı Beykənt Universitetinin rektoru Mehmet Emin Karahan qəbul edib. Söhbət zamanı hər iki universitetdə ixtisaslar, fənlər tutuşdurulub, onların tədrisi ilə bağlı müzakirələr aparılıb. Beykənt Universitetinin rektoru Lənkəran Dövlət Universiteti ilə tələbə-müəllim mübadiləsini genişləndirməyin vacibliyini qeyd edib.
Beykənd Universitetin tələbə-müəllim heyətinin də LDU-ya səfəri planlaşdırılır.
Xatırladaq ki, Lənkəran Dövlət Universiteti ilə Türkiyə Cümhuriyyətinin Beykənd Universiteti arasında qarşılıqlı əməkdaşlıq protokolu 25 oktyabr 2018-ci il tarixdə, 3 il müddətinə bağlanıb.
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.