Geri

14/10/20

Sən yazıqsan, Ermənistan əsgəri... (Erməni əsgərinə məktub).


Niyə?Birincisi ona görə ki, sən istilaçısan.Sən qonşunun torpağına göz dikən, ondan pay uman, onu işğal edən bir ölkənin əsgəri kimi damğalı adı üstündə gəzdirirsən.Sənin varlığın zəhər, ölümün kədərdir.Çünki sən var olduqca nə qədər dinc insanların, həyat eşqi ilə dolu oğulların həyatına təhlükə saçırsan.Ölümün ona görə kədərdir ki, sən şəhid deyilsən, sən özgə torpağında öz haqq işi uğrunda mübarizə edən oğulların əlində zülümlə can verəcəksən, urvatsız öləcəksən.Paşınyan kimiləri sənin ölünə də sahib çıxmayacaq, necə ki, çıxmırlar da...
Sən yazıqsan, Ermənistan əsgəri. Çünki vətənpərvər deyilsən, bu ali məqsəd, məram uğrunda döyüşmürsən.Ona görə də silahı əlinə zorla verib,özünü də zəncirlə topa, maşına bərkidirlər ki, döyüş mövqeyini qoyub qaçmayasan.Can şirindir, ölümünü anlayıb təhlükədən qaçmaq istəyin təbiidir. Amma sənin burda nə ölümün var, nə itin azıb bizim torpaqlarda?
Bilmirdinmi ki, gülləbəran etdiyiniz kəndlərin, şəhərlərin, naləsi göyə bülənd olan günahsız dinc sakinlərin, qanına bələnən körpələrin sorğusu gec-tez sorulacaq sizdən?
Bax, bu gün həmin gündür! Bu gün qisas, qana qan günüdür. Gəncəni, dinc sakinləri bombalamağın belə Azərbaycan əsgərini durdura bilmədi, əksinə qəzəbini daşdırdı, sonsuz etdi. Dinc sakinlərin intiqamı yaman oldu.Al payını indi! İndi növbə sizin, qisas məqamı bizimdir!
...İndi Tanrının bəsirət gözü açıqdır. Axır ki, onun da səbri tükəndi.Və nə yaxşı ki, tükəndi.Səbr Allahın adıdır deyib 30 il gözlədik, itirilmiş torpaqlarımızda dolaşan sərgərdan ruhların naləsinə dözdük, dözdük, başıaşağı gəzdik. Torpağı işğal olunan, Vətəni paralanan kişi başını necə dik tutar axı?
Xalqımın səbr kasası daşmalı idi,daşdı da..Allah- Allah deməklə darıdan çıxmayanda cavabın odlu güllə olmalı idi, oldu da.İndi al payını!Xocalıya, Gəncəyə, itirilmiş hər qarış torpağımıza görə sən və ağaların cavab verəcək!
Müharibə itkidir, ölümdür, faciədir.Bu gün xalqım yenə şəhid verir, igid oğullarımızı itiririk. Amma səndən fərqli olaraq onlar şəhiddirlər, əsir yox! Onlar müqəddəs yolun yolçuları, Vətənimin qoruyucularıdır. Səndən fərqli olaraq Azərbaycan əsgəri öz torpaqlarının müdafiəsi uğrunda canından keçir. Bu çox ali hissdir.Sənin erməni xislətin belə ülvi duyğuları dərk etməyə qadir deyil.
Sən bu gün mənim torpağımda ölürsən, amma bu ölümünün heç bir dəyəri yox.Sən, ata-anan, xalqın Qarabağ Ermənistandır deyən Paşinyanların cavabını niyə vaxtında vermədilər,əksinə, dədə- baba torpağım, qeyrət ocağım Şuşada qol götürüb “Yallı” getdilər? Sənin qanın onların –zori balayanların, ter-petrosyanların, köçəryanların, sərkistyanların, paşinyanların üzərində qalır.Ölmək istəmirsənsə qaç canını qurtar , həm güllədən, həm də vicdan əzabından!Tövbə qapısı həmişə açıqdır.Heç olmasa indi təcəvüzkar ordunun əsgəri olduğunu dərk et və təslim ol.Mənim əsgərim, mənim ordum, xalqım ağ bayraq qaldırana heç vaxt silah qaldırmayıb.Ancaq təcəvüzkarın başını əzib, əzəcək də!Birdəfəlik dərk et ki,
QARABAĞ AZƏRBAYCANDIR!
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.
Sən yazıqsan, Ermənistan əsgəri... (Erməni əsgərinə məktub).


Mənbə:
Paylaş: