Geri
09/11/20
Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun 9 noyabr-Dövlət Bayrağı Günü münasibətilə təbriki.
Bu gün -9 noyabr Azərbaycan Respublikası Dövlət bayrağının yaranmasının 102-ci ildönümüdür.Xalqımız bu ilki bayramı ikiqat sevinc və coşqu ilə qeyd edir. Azərbaycanın dövlət bayrağının 27-28 illik fasilədən sonra Azərbaycan ordusunun erməni qəsbkarlarından azad etdiyi Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı və Şuşa şəhərlərində dalğalanması xalqımıza ölçüyəgəlməz sevinc, bayram ovqatı və əhval ruhiyyəsi bəxş edib.Bu sevinci bizlərə yaşadan Ali Baş Komandana, Azərbaycan Ordusuna, Azərbaycan əsgərinə ürəkdən təşəkkür edir,minnətdarlıq bildiririk!
Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Dövlət bayrağı milli suverenliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə hər birinizi-Lənkəran Dövlət Universitetinin kollektivini, bu gün ön cəhbədə rəşadətlə vuruşan tələbələrimizi, məzunlarımızı, bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Tezliklə işğal altında olan bütün torpaqlarımız müzəffər ordumuz tərəfindən erməni qəsbkarlarından azad olunacaq və üçrəngli bayrağımız müstəqil Azərbaycanın üzərində daim əzəmətlə dalğalanacaq! Xalqımıza qələbə sevinci, cansağlığı, səadət, xoş günlər , Vətənimizə rifah, sülh və tərəqqi arzulayıram!
Yaşasın Ali Baş Komandan!
Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Azərbaycan Xalqı!
Bayraq bayramınız mübarək!
Mənbə: