Geri
12/11/20
LDU-da Konstitusiya Günü münasibətilə tədbir keçirilib.
12 noyabr-Azərbaycan Respublikasının Konstitusiya Günü münasibəti ilə Lənkəran Dövlət Universitetində (LDU) onlayn tədbir keçirilib. LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov tədbir iştirakçılarını, universitetin bütün professor, müəllim, tələbə, işçi heyətini 12 noyabr Konstitusiya Günü və erməni işğalçılarına qarşı aparılan Vətən müharibəsində xalqımızın qazandığı böyük və tarixi qələbə münasibətilə təbrik edib. 12 noyabr gününün mahiyyəti, həmin dövrdəki tarixi şərait barədə ətraflı söz açan professor Natiq İbrahimov bildirib ki,Müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və 1996-cı il fevralın 6-da prezident Heydər Əliyevin sərəncamı ilə noyabrın 12-i Konstitusiya günü elan edilib. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəddir. N.İbrahimov konstitusiyanın qəbul edildiyi dövr, 25 il ərzində xalqımızın siyasi, iqtisadi, sosial sahədə qazandığı uğurlar barədə də ətraflı danışıb.
Məruzə ətrafında genişlənən diskussiyada çıxış edənlər ötən dövr ərzində ölkəmizin sürətli inkişafından, təhsil sahəsinə göstərilən dövlət qayğısından, LDU-da bu istiqamətdə görülən işlərdən geniş söz açıblar. Çıxışçılar bu ilin 27 sentyabrında başlanan və Azərbaycan xalqının qələbəsi ilə bitən Vətən müharibəsində Azərbaycan xalqının erməni qəsbkarları üzərində qazandığı zəfərdən, Ali Baş Komandan İlham Əliyevin, Azərbaycan ordusunun böyük rolundan söz açaraq qələbə sevinclərini paylaşıblar.
Mənbə: