Geri

12/11/20

Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə Təbriki


Bu gün Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsindən 25 il ötür. Xatırladaq ki, müstəqil Azərbaycanın ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanan ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi (referendum) yolu ilə qəbul edilib və 1995-ci il noyabrın 27-də qüvvəyə minib.
Dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə ölkədə bütün sahələrdə yaşanan xaosdan, Azərbaycanı parçalanmaq təhlükəsindən xilas etmək üçün xalqın hakimiyyətə dəvət etdiyi ulu öndər Heydər Əliyevin böyük uzaqgörənliklə, cəsarətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı inkişaf yoluna çıxarmaqla yanaşı, qanunların aliliyini təmin edən, hüquqi, dünyəvi dövlət quruculuğuna yol açan yeni milli Konstitusiyanın hazırlanmasına və qəbuluna şərait yaratdı. Ulu öndər Heydər Əliyev bu barədə danışarkən deyirdi: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – ali icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.
25 illik tarix ulu öndərin haqlı olduğunu göstərdi.Bu gün müstəqil Azərbaycan həyatın bütün sahələrində böyük uğurlara imza atıb.Bu günlərdə erməni qəsbkarlarının işğal etdiyi dədə baba torpaqlarımızdan qovulması, 1 milyondan artıq köçkün soydaşımızın dogma yurd-yuvalarına qayıtmaları üçün şəraitin yaradılması, Vətən müharibəsində qazandığımız böyük Qələbə bu günkü bayrama əlavə sevinc, xoş ovqat qatır.
Bayram münasibətilə bütün LDU ailəsini, Azərbaycan xalqını təbrik edir, ən xoş arzularımı bildirirəm.
Bayramınız mübarək!

 Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun 12 noyabr - Azərbaycan Respublikasının Konstitusiya Günü münasibətilə  Təbriki


Mənbə:
Paylaş: