Geri
16/11/20
PREZİDENTƏ YAZIRLAR.
Möhtərəm cənab Prezident.
Sizi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulması məqsədilə 10 noyabr 2020-ci il tarixli “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin bəyanatı”nın imzalanması münasibətilə Lənkəran Dövlət Universitetinin kollektivi adından təbrik edir, ölkəmizin sabahı, davamlı inkişafı naminə göstərdiyiniz səyləri, bu ağır dövrdə xalq-iqtidar və ordu birliyinə nail olduğunuzu alqışlayırıq.
Memarı ümummilli lider Heydər Əliyevin olduğu Azərbaycan son illər ərzində Sizin rəhbərliyinizlə sürətlə inkişaf etmiş, regionda, həmçinin dünyada söz və nüfuz sahibinə çevrilmişdir. Müstəqil Azərbaycan dövlət siyasətinin əsas istiqaməti respublikamızın BMT-yə üzv olan ölkələr tərəfindən birmənalı şəkildə tanınmış ərazi bütövlüyünün bərpası, ölkəmizin işğal altında olan torpaqlarının düşmən tapdağından azad olunması, qaçqın və məcburi köçkünlərimizin öz tarixi yurdlarına geri qayıtmasının təmin edilməsi idi.
Cənab Prezident, Sizin fəaliyyətiniz nəticəsində Azərbaycanımızın hər bir bölgəsində, eləcə də ölkə xaricində yaşayan soydaşlarımız könüllü olaraq şanlı Azərbaycan Ordusuna dəstək olmuş, Ali Baş Komandan ətrafında dəmir yumruq kimi birləşmişdir. Apardığınız məqsədyönlü və uğurlu siyasət nəticəsində peşəkar ordu quruculuğu, yüksək diplomatiya, qabaqcıl informasiya təminatı və iqtisadi sahədə nailiyyətlər əldə edilmişdir. Bu uğurlar sayəsində müharibənin gedişatında ölkəmizi dəstəkləyən dövlətlərin sayı artmışdır. Yüksək sərkərdəlik bacarığınızla Müzəffər Azərbaycan Ordusu qısa müddətdə uğurlu əməliyyat aparmış, işğal altındakı torpaqlarımızın böyük hissəsi azad edilmiş, həmin ərazilərdə üçrəngli Azərbaycan Bayrağı dalğalandırılmışdır.
Vətən müharibəsi başlayan ilk gündən Universitetimizin əməkdaşları və tələbələri könüllü olaraq döyüşlərdə iştirak etmişlər. Universitet kollektivi hər zaman həmin döyüşçülərin ailələrinin yanında olmuş, onlardan qayğısını əsirgəməmişlər.
Sizi əmin edirik ki, Lənkəran Dövlət Universitetinin kollektivi işğaldan azad olunmuş torpaqlarımıza qayıdış mərhələsində Zati-aliniz tərəfindən qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsində bundan sonra da yaxından iştirak edəcəkdir.
Möhtərəm cənab Prezident, Sizin “xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim” müdrik kəlamınız Ümummilli Liderin siyasi xəttinə sadiqliyinizi bir daha nümayiş etdirdi, fəaliyyətiniz nəticəsində yaranmış milli birlik kollektivimizdə də böyük ruh yüksəkliyi yaratdı.
Sizi bir daha Universitet kollektivi adından böyük fəxarət və qürur hissi ilə elan etdiyiniz tarixi Qələbə münasibətilə təbrik edir, uzun ömür, möhkəm cansağlığı, Azərbaycanın gələcəyi naminə görəcəyiniz işlərdə uğurlar arzulayır, bütün fəaliyyətinizdə Sizin yanınızda olacağımızı bəyan edirik.
Hörmətlə,
Natiq İbrahimov
Lənkəran Dövlət Universitetinin rektor əvəzi
Azərbaycan Respublikası, Lənkəran şəhəri.

Mənbə: