Geri
LDU-da “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı keçirilib.
Lənkəran Dövlət Universitetində (LDU) “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda gənc tədqiqatçıların(magistrant və doktrant) respublika elmi konfransı dövlət himnimizin ifası ilə start götürüb.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov konfrans iştirakçılarını salamlayıb və gənc tədqiqatçılara uğurlar arzulayıb.Ölkədə təhsilin inkişafı istiqamətində görülən işlərdən, qazanılan uğurlardan söz açan universitet rəsmisi gənc tədqiqatçıların elmi işlərə cəlb edilməsinin elmimizin inkişafı üçün səmərəli olacağını deyib.Professor Natiq İbrahimov son illərdə Lənkəran Dövlət Universitetində gənclərin elmə həvəs göstərdiyini, elmi tədqiqatlar aparmağa maraqlı olduqlarını müsbət hal kimi dəyərləndirərək bunu gələcək elmi yenilklərin anonsu kimi dəyərləndirib.
LDU-nun rektorunun müşaviri , professor Mikayıl Məhərrəmovun “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda məruzəsində elmin inkişaf doktorinasından söz açıb.Bildirib ki, Lənkəran Dövlət Universitetində fəaliyyət göstərən 4 fakultə və 13 kafedrada qəbul olunmuş plan üzrə 19 istiqamət, 20 mövzuda və ümumilkdə 82 elmi-tədqiqat işləri aparılıb və bu iş davam etdirilir.Müsbət haldır ki, tədqiqat mövzularının demək olar ki, böyük əksəriyyəti Lənkəran-Astara regionunun coğrafi mövqeyinin , zəngin ekoloji xüsusiyyətlərinin , fauna və florasının , torpaq və bitki ehtiyatlarının , ümumiyyətlə, sosial-iqtisadi və mədəni-siyasi həyatının öyrənilməsinə həsr olunub.
Rəsmi hissədən sonra konfrans işini bölmələrdə davam etdirib.Müxtəlif bölmələr üzrə bütövlükdə 120-dən artıq çıxış dinlənilib və müzakirə edilib.Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim ediləcək.
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.