Geri

15/03/21

LDU-da narkomaniya ilə bağlı maarifləndirici tədbir.


Lənkəran Dövlət Universitetində (LDU) Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə tədbirləri çərçivəsində növbəti maarifləndirici tədbir keçirilib.
Onlayn keçirilən tədbiri LDU-nun Sosial məsələlər üzrə prorektoru dosent Kamran Kazımov açıb. Tədbirin olduqca vacib bir məsələyə həsr olunduğunu deyən Kamran Kazımov narkomaniyanı bütün əsrlərin ən dəhşətli sosial bəlası adlandırıb.Bildirib ki, tədbirin əsas məqsədi yeniyetmələrimizin və gənclərimizin belə zərərli vərdişlərdən uzaq durmalarına nail olmaqdır. K. Kazımov narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ölkədə və universitetdə aparılan profilaktiki tədbirlərdən də söz açıb.
Lənkəran rayonlararası narkoloji xəstəxanasının baş həkimi Vüqar Əliyev narkotik vasitələrin insan orqanizminə dağıdıcı təsiri, törətdiyi fəsadlar,acı nəticələri, zərərli vərdişlərdən qorunma yolları, xəstəliyin müalicəsi və s.barədə ətraflı məruzə edib.
Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı” çərçivəsində görülmüş işlər və həllini gözləyən problemlərdən danışıb.Rayonun baş narkoloq həkimi cənub bölgəsində bu sahədə vəziyyətin ürəkaçan olmadığını deyib, statistik rəqəmlər əsasında hazırkı durumu təhlil edib, problemlərə toxunub, narkomaniya ilə mübarizədə bütün cəmiyyəti yekdil mübarizəyə səsləyib.
Məruzə ətrafında LDU-nun Tədqiqat işləri və innovasiyalar üzrə prorektoru vəzifəsini icra edən dosent Elvin Əliyev, Təbiyyat fakültəsinin dekanı Ramiz Şəmmədov, Biologiya və ekologiya kafedrasının müdiri dosent Məmmədhüseyn Hüseynov çıxış edərək bildiriblər ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasət olmalıdır və hər bir ziyalı bu mühüm məsələdə köməyini əsirgəməməlidir.
Tədbirdə mövzu ilə bağlı təkliflər , rəylər dinlənilib, tapşırıqlar verilib.
LDU-da  narkomaniya ilə bağlı  maarifləndirici  tədbir.


Mənbə:
Paylaş: