Geri
LDU ilə Türkiyənin Kars Kafkas Universiteti arasında onlayn dərslərə start verilib.
Lənkəran
Dövlət Universiteti (LDU) qardaş Türkiyə Cümhuriyyətinin universitetləri ilə təhsil əlaqələrini genişləndirir. Belə
universitetlərdən biri də LDU-nun 2017-ci ildən əməkdaşlıq etdiyi Kars Kafkas Universitetidir.Bu gün əməkdaşlıq edən bu universitetlər arasında ilk dəfə olaraq onlayn dərslərə start verilib. KOVİD-19
pandemiyasına görə Microsoft Teams platforması üzərindən onlayn
yayımlanan dərsə hər iki
universitetdən professor-müəllim heyəti, aqrar ixtisaslarda təhsil alan tələbələr
qoşulub.
LDU-nun
Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Zaur Məmmədov universitetin
rektoru vəzifəsini icra edən professor Natiq İbrahimovun salamlarını
tədbir iştirakçılarına çatdırıb və belə
dərslərin davamlı olmasının vacibliyini
qeyd edib. Kars Kafkas Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin
müdiri, professor Hacəli Nəcəfoğlu da
çıxışında mövcud pandemiya səbəbindən
onlayn keçirilən tədbirin müsbət əhəmiyyətini yüksək qiymətləndirərək bunun tələbələrin
hazırlıq səviyyələrinə , elmi və təcrübi biliklərinin, praktik vərdişlərinin yüksəlməsinə xidmət etdiyini bildirib.
Kars
Kafkas Universitetinin Baytarlıq fakültəsinin
professoru İsa Özaydın Baytarlıq 3-cü tədris
ili tələbələrinə Baytarlıq Cərrahiyəsi-1 fənnindən «Yeni doğulmuş buzovlarda
tendon problemi və onların cərrahiyəsi» mövzusunda geniş məruzə edib.Slaydlarla müşayiət edilən
məruzədə elmin son nailiyyətlərinə istinad edilib və iştirakçılar tərəfindən maraqla qarşılanıb. Lənkəran
Dövlət Universitetinin Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən dosent Elvin Əliyev, Aqrar və
mühəndislik fakültəsinin dekanı , dosent Balayar Şahbazov, dosent Rəhim Bilalov
məruzə ətrafında fikirlərini bildiriblər..
Sonda
professor İsa Özaydın sualları cavablandırıb.
Qeyd
edək ki, məruzə mətni və slaydlar tələbələrin elektron ünvanlarına göndəriləcək.