Geri
Rektor kollektivə təqdim edildi.
Lənkəran Dövlət Universiteti (LDU) Elmi şurasının növbədənkənar
islası rektor təqdimatı ilə yaddaqalan olub. "Microsoft Teams" platforması
üzərindən keçirilən Elmi şuranın iclasında Təhsil nazirinin müavini Firudun Qurbanov da
iştirak edib.
İclası Elmi şuranın sədri, professor Natiq
İbrahimov açıb və təqdimat üçün sözü Firudun Qurbanova verib. F.Qurbanov
N.S.İbrahimovun Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin 23
aprel 2021-ci il Sərəncamını Elmi şura
üzvlərinin diqqətinə çatdırıb. Təhsil naziri Emin Əmrullayevin adından Natiq
İbrahimovu yüksək etimada –Lənkəran Dövlət Universitetinin rektoru təyin edilməsi
münasibətilə təbrik edərək ona çətin və məsuliyyətli işində uğurlar arzu edən
F.Qurbanov N. İbrahimovun bu ali təhsil ocağına rəhbərlik etdiyi 5 il müddətində LDU-ya dəfələrlə səfər
etdiyini , universitetdə müsbət istiqamətdə baş verən yenilklərdən razı qaldığını,
rektor əvəzinin ona tapşırılan işin öhdəsindən
bu müddət ərzində bacarıqla gəldiyini,sağlam
kollektiv formalaşdırdığını deyib, onun tərcümeyi halı ilə şura üzvlərini tanış
edib.
Son 5 il ərzində LDU-da tələbə
kontigentinin bir neçə dəfə artdığını, maddi-texniki bazanın gücləndiyini, tədris
prosesinin keyfiyyətcə yaxşılaşdığını faktlar əsasında şərh edən Təhsil nazirliyinin rəsmisi yeni tədris
korpuslarının, tələbə yataqxanasının, tələbə yeməkxanasının inşa edilərək
istifadəyə verilməsini, turizm-tədris bazasının , yardımçı təsərrüfatın
yaradılmasını, xaricdən yeni laboratoriyaların alınmasını, kənardan dəvət edilən
müəllimlər üçün xidməti evlərin inşasını yüksək dəyərləndirib. Bildirib ki,
görülən bu işlər tədris prosesinə müsbət təsirini göstərib və kadr hazırlığının
səviyyəsi artıb. LDU-da respublika və Beynəlxalq Elmi konfranslar keçirilməsi,
beynəlxalq əlaqələrin genişləndirilməsi
də müsbət hal kimi dəyərləndirilib.
F.Qurbanov cənub bölgəsində
yeganə ali təhsil ocağı olan LDU-nun regionun inkişafında mühüm rol
oynadığından da geniş söz açıb, yaradılan texno-parkların ixtisaslı kadrlarla təminatının
bu ali təhsil ocağının üzərinə böyük vəzifələr
qoyduğundan, nəzəri-praktik biliklərin vəhdətdə tədrisindən danışıb.
44 gün davam edən və xalqımızın
qələbəsi ilə bitən Vətən müharibəsindən söz açan nazir müavini işğaldan azad
olunmuş rayonların bərpasında iştirak etməyi hər bir azərbaycanlının vətəndaşlıq
borcu sayıb, əsrin, zamanın tələblərinə cavab verən savadlı, eyni zamanda vətənpərvər kadrların hazırlanmasını
universitetlərin, professor-müəllim heyətlərinin əsas vəzifəsi hesab etdiyini
deyib, bildirib ki, ali təhsil ocaqları bundan sonrakı fəaliyyətlərində regionun tələbatını
nəzərə almaqla kadr hazırlığına üstünlük verməlidirlər.
Təhsil nazirinin müavini
Firudun Qurbanov çıxışında Lənkəran Dövlət
Universitetinin sosial məsələlər üzrə prorektoru Kamran Kazımovun oğlu, baş
leytenant Vüsal Kazımovun Vətən müharibəsində qəhrəmanlıqla vuruşaraq şəhid olmasından da söz açıb, belə vətənpərvər
övlad böyütdüyünə görə şəhid atasına minnətdarlıq edib.Nazirlik rəsmisi mövcud
pandemiya ilə bağlı vaksinləşmə prosesindən
danışarkən təhlükəsizlik tədbirlərinin davam etdirilməsinin
vacibliyini tövsiyyə edib.
Elmi şura üzvləri adından
çıxış edən Kamran Kazımov Natiq İbrahimovun rəhbərliyi altında son 5 ildə
LDU-da görülən çox miqyaslı işlərdən, onun işə yaradıcı yanaşmasından, sağlam , şəffaf təhsil mühit formalaşdırmasından , kollektivlə
işləmək bacarığından danışıb, ölkə başçısına bu təyinata görə bütün kollektiv
adından minnətdarlıq edib. Bildirib ki, LDU kollektivi bu təyinatdan çox sevinclidir və
bundan sonra işlər daha böyük həvəslə davam etdiriləcək.
Elmi şuranın iclasını yekunlaşdıran
Natiq İbrahimov yüksək etimada
görə ölkə başçısı cənab İlham Əliyevə və Təhsil nazirliyinin rəsmilərinə minnətdarlığını
bildirib, onu dəstəkləyən kollektivin üzvlərinə təşəkkür edib və bunu əməli işi
ilə doğruldacağını bildirib.
Esmira İsmayılova
LDU-nun Mətbuat xidmətinin
rəhbəri.