Geri
LDU ilə Türkiyənin Kars Kafkas Universiteti arasında onlayn dərslər davam edir.
Lənkəran
Dövlət Universiteti (LDU) ilə qardaş
Türkiyə Cümhuriyyətinin universitetləri
arasında təhsil əlaqələri genişlənməkdə
davam edir. LDU-nun 2017-ci ildən əməkdaşlıq etdiyi Kars Kafkas Universiteti ilə birgə təşkil
etdiyi onlayn
dərslər müəllim və tələbələr tərəfindən maraqla qarşılanıb. KOVİD-19 pandemiyası səbəbindən
Microsoft Teams platforması üzərindən onlayn
yayımlanan dərslərə hər iki universitetdən
professor-müəllim heyəti, aqrar ixtisaslarda təhsil alan tələbələr qoşulur.
Bu
gün keçirilən dərsi LDU-nun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Zaur Məmmədov
açaraq universitetin rektoru , professor
Natiq İbrahimovun salamlarını tədbir iştirakçılarına çatdırıb və belə dərslərin davamlı olmasının
vacibliyini qeyd edib. Kars Kafkas
Universitetinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, professor Hacəli Nəcəfoğlu da çıxışında mövcud pandemiya səbəbindən onlayn keçirilən tədbirin
müsbət əhəmiyyətini yüksək qiymətləndirərək bunun tələbələrin hazırlıq səviyyələrinə
, elmi və təcrübi biliklərinin, praktik vərdişlərinin yüksəlməsinə xidmət etdiyini deyib.
Kars
Kafkas Universitetinin Baytarlıq fakültəsinin
proff , dr Cihan Kaçar Baytarlıq 2-ci tədris ili tələbələrinə
Baytarlıq mikrobiologiyası, immunilogiya
və virusologiya fənnindən
“Təyin olunan zamanda süni mayalanma protokolları” mövzusunda geniş məruzə edib.Slaydlarla müşayiət edilən
məruzədə elmin son nailiyyətlərinə istinad edilib və verilən informasiyalar iştirakçılar tərəfindən maraqla qarşılanıb. Lənkəran
Dövlət Universitetinin Aqrar və mühəndislik fakültəsinin dekanı , dosent
Balayar Şahbazov, baş müəllimi Tahir Hüseynov mövzu ətrafında fikir və mülahizələrini
iştirakçılarla paylaşıblar.
Sonda
professor Cihan Kaçar müəllim və tələbələrin suallarını cavablandırıb.
Qeyd
edək ki, məruzənin mətni və slaydlar tələbələrin
elektron ünvanlarına göndəriləcək.