Geri

30/04/21

LDU-da narkomaniya ilə bağlı maarifləndirici tədbir.


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının icrası ilə əlaqədar olaraq tədbir keçirilib.

“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə” mövzusunda onlayn keçirilən seminara universitetin tələbə və müəllimləri qatılıb.

Seminarı giriş sözü ilə LDU-nun Sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov açıb və müasir gənclik üçün bəlaya çevrilmiş narkomanlığın qarşısının alınması istiqamətində respublikada, o cümlədən , universitetdə görülən profilaktiki tədbirlər barədə ətraflı məlumat verib.

Mövzu ilə əlaqədar Lənkəran Şəhər Xəstəxanansının həkimi Nərmin Salayeva geniş məruzə edib.Məruzədə narkomanlığın səbəbləri, əlamətləri, müalicəsi, qarşısının alınmasında ictimaiətin rolu barədə ətraflı söz açılıb.

Seminarda universitetin tələbələrindən Sərxan Cəfərli, Zəhra Kərimova, Rəşad Novruzov məruzə ətrafında çıxış edərək narkomaniyanın zərərli təsirlərindən ,müasir gəncliyin bu vasitələrədən uzaq durmasının əhəmiyyətindən danışıblar.

Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

LDU-da  narkomaniya  ilə bağlı  maarifləndirici tədbir.


Mənbə:
Paylaş: