Geri

03/05/21

LDU Meksika universiteti ilə əməkdaşlıq edəcək.


Lənkəran Dövlət Universiteti (LDU) ilə Meksikanın Anahuac Universiteti arasında Anlaşma Memorandumumu imzalanıb. Qeyd edək ki, Meksika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Xuan Rodrigo Labardini Flores 06 iyun 2017-ci il tarixində Lənkərana səfəri çərçivəsində Lənkəran Dövlət Universitetində olarkən bu ali təhsil ocağının professor-müəllim heyəti ilə görüşmüş, maddi-texniki bazası ilə tanış olmuşdu. Görüş əsnasında LDU-nun rektoru, professor Natiq İbrahimova universitetin maddi-texniki bazası ilə tanışlıqdan məmnun qaldığını deyən xarici diplomat Meksika universitetləri ilə Lənkəran Dövlət Universiteti arasında qarşılıqlı əlaqələrin qurulmasında maraqlı olduğunu bildirmişdi.
Bu səfərdən sonra LDU ilə Meksikanın Anahuac Universiteti arasında danışıqlar başlanmış və əməkdaşlıq müqaviləsinin layihəsi razılaşdırılmışdı. COVİD-19 pandemiyası səbəbindən Anlaşma Memorandumu 27.04.2021-ci il tarixində Lənkəran Dövlət Universiteti və Meksikanın Anahuac Universitetinin rektorları arasında sənədlər dövriyyəsi vasitəsilə (onlayn) imzalanıb.
İmzalanan müqavilədə hər iki universitet arasında müəllim-tələbə mübadiləsinin və akademik əməkdaşlığın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur.
Qeyd edək ki, Anlaşma Memorandumu 5 il müddətinə qüvvədə qalacaqdır.
LDU Meksika universiteti ilə əməkdaşlıq edəcək.


Mənbə:
Paylaş: