Geri

16/05/21

Elmi Şurada imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib.


Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi Şuranın növbəti iclası keçirilib. Onlayn formatda keçirilən iclası Elmi Şuranın sədri, universitetin rektoru , professor Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlərin müzakirəsinə keçməzdən əvvəl şura üzvlərini Respublika Təhsil Nazirinin yeni əmri ilə tanış edib.Bildirib ki, Təhsil nazirinin 08 may 2021-ci il tarixli əmri ilə dosent İdrak Əsgərov LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru vəzifəsinə təyin edilmişdir.Professor Natiq İbrahimov Elmi Şuranın üzvləri adından İdrak Əsgərovu təbrik edərək çətin və məsuliyyətli işində uğurlar arzulayb.

Elmi Şuranın müzakirəyə çıxardığı ilk məsələ “Universitet üzrə kollokviumların gedişi.Yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti” olub.Bu barədə Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor İdrak Əsgərov məruzə edib.Məruzəçi bildirib ki, 2020/2021-ci tədris ilinin yaz semestri üzrə onlayn şəkildə keçirilən kollekviumlar 03.05.2021-ci il tarixindən başlayıb və hal-hazırda da davam etməkdədir. 02.06.2021-ci il tarixindən 02.07.2021-ci il tarixinədək cari tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayacaqdır. Digər əvvəlki sessiyalardan fərqli olaraq bu imtahan sessiyasında Elmi Şuranın qərarına əsasən hər qrup üzrə ixtisasın əsas bir fənnindən imtahanlar onlayn şifahi şəkildə keçiriləcəkdir. Artıq fənnlər müəyyənləşdirilmiş və həmin fənlər haqqında tələbələrə məlumatlar verilmişdir. Həmin imtahanlara nəzarət edilməsi məqsədi ilə tyutor və müəllimlərdən ibarət nəzarət qrupu yaradılmaqdadır. Hər bir şifahi imtahanın video yazısı yazılacaq və həmin video yazı Tədris hissəsinə təqdim ediləcək. Əks halda imtahanın nəticəsi qəbul edilməyəcəkdir. 182 şifahi imtahan təşkil ediləcək ki, artıq İKT mərkəzi tərəfindən biletlərin tələbələr tərəfindən çəkilməsi prosessi hazırlanılmaqdadır. İdrak Əsgərov məzələ ilə bağlı sualları cavablandıranda bu dəfəki imtahan sessiyasında ediləcək yenilikləri ətraflı şərh edib.

“Universitetdə keçirilən Respublika elmi-praktik konfransının nəticələri haqqında” Tədqiqat işləri və innovasiyalar üzrə prorektor vəzifəsini icra edən dosent Elvin Əliyev məlumat verib.Məruzəçi konfransın işinə digər ali təhsil müəssisələrindən, AMEA-nin Elmi Tədqiqat İnstitutlarından 200-ə qədər iştirakçının elmi tezislərlə qatıldığını və konfrans materiallarının bu ayın sonuna qədər çap ediləcəyini, universitetin rəsmi səhifəsində PDF formatında da yerləşdiriləcəyini deyib.

Elmi Şura üzvlərinə “Riyaziyyat və informatika kafedrasının illik hesabatı”nı kafedranın müdiri dosent Nahid Paşayev təqdim edib.Slayd və cədvəllərlə müşayiət edilən hesabatda kaferada 1 il ərzində görülmüş işlər, aparılan elmi-tədqiqat işlərinin nəticələri, əldə edilmiş uğurlar, qarşıdakı perspektivlər barədə ətraflı məlumat verilib.

Elmi Şurada cari məsələlərə də baxılıb.Təbriz Universitetinin professoru Cəlil Manafiana LDU-nun fəxri professoru adının verilməsinə şura üzvləri yekdilliklə səs veriblər.Müzakirə edilən bütün məsələr barədə müvafiq qərarlar qəbul edilib.

Elmi Şurada imtahan sessiyasına hazırlığın vəziyyəti müzakirə edilib.


Mənbə:
Paylaş: