Geri

20/05/21

LDU-da maarifləndirici tədbir.


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”nın həyata keçirilməsi üzrə Fəaliyyət Planının icrası ilə əlaqədar maarifləndiri seminar keçirilib.

Tədbiri giriş sözü ilə LDU-nun sosial məsələlər üzrə prorektoru, dosent Kamran Kazımov açıb və sərəncamdan irəli gələn vəzifələrin icrası barədə geniş məlumat verib.

LDU-nun Biologiya və ekologiya kafedrasının dosenti Ramiz ŞəmmədovAzərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsi mövzusunda məruzə edib. Məruzəçi bildirib ki, bərk məişət tullantılarının düzgün idarə edilməsi ekoloji tarazlığın qorunması üçün olduqca vacibdir və bu prosesin vaxtında müsbət həlli bəşəriyyəti qlobal ekoloji problemlərdən qoruya bilər.

Məruzə ətrafında genişlənən müzakirələrdə Biologiya və ekologiya kafedrasının müdiri, dos. Məmmədhüseyn Hüseynov, Riyaziyyat və informatika kafedrasının müdiri dos. Nahid Paşayev , LDU-nun Ekologiya ixtisasının 3-cü tədris ili tələbələrindən Nəzrin Zeynallı və Mətanət Əlizadə çıxış ediblər.

LDU-da maarifləndirici tədbir.


Mənbə:
Paylaş: