Geri
06/06/21
Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin məlumatı.
Lənkəran Dövlət Universiteti Mətbuat xidməti bildirir ki,bəzi media qurumlarında və sosial şəbəkələrdə “Lənkəran Dövlət Universitetində qazilərimizi incidirlər” başlığı altında paylaşılan məlumatlar həqiqəti əks etdirmir və yalandır.Bu məlumat yayımlanarkən nə universitetin mətbuat xidməti , nə də rəsmi şəxsləri ilə əlaqə saxlanılmamışdır.
Yazıda adı keçən , Ağsu rayonundan olan 1999-cu il təvəllüdlü Əsgərov Hakim Arif oğlu LDU-nun İqtisadiyyat və idarəetmə fakültəsinin Mühasibat uçotu və audit ixtisası üzrə 3-cü kurs (qiyabi) tələbəsidir. Sözügedən tələbə bundan əvvəlki imtahan sessiyasına buraxılmasına görə heç bir problem yaşamayıb və bu dəfəki imtahan sessiyasına da həm o, həm də digər müharibə iştirakçıları buraxılacaq.Qeyd edək ki, bu günə kimi Vətən müharibəsində iştirak edən tələbələrin heç biri, o cümlədən, Hakim Əsgərov imtahanlarla , universitetdən onlardan ödəniş tələb olunması ilə bağlı rəhbərliyə, aidiyyatı şəxslərə müraciət etməyiblər.Hakim Əsgərov qiyabiçi tələbə olduğundan iyun ayının 21-dən imtahan sessiyasına qoşulmalıdır və bu istiqamətdə universitet tərəfindən ona və digər müharibə iştirakçılarına sessiyanı uğurla başa vurmaları üçün lazımi şərait yaradılacaqdır.
Vətən müharibəsində iştirak edən tələbələrə isə bir daha bildiririk ki, onları narahat edən məsələlərlə bağlı bazar ertəsi-7 iyun tarixindən başlayaraq universitetin tədris şöbəsinə və müvafiq fakültə dekanlığına müraciət edə bilərlər.
Belə həssas mövzu ilə bağlı paylaşım edən informasiya portallarına, sosial şəbəkə istifadəçilərinə bir daha bildirmək istəyirik ki, LDU-nun mətbuat xidməti 24 saat ərzində bütün sorğuları cavablandırmağa hazırdır və yoxlanmamış, həqiqətə əsaslanmayan, obyektivlikdən uzaq materialları yayımlamaqla universitetimizin adına kölgə salmayın. Həqiqət hamımız üçün ali meyar olmalıdır!
Esmira İsmayılova
Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri

Mənbə: