Geri

27/09/19

LDU-da “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) professor Nihan Əliyevin 80 illik yubileyinə həsr olunmuş “Riyaziyyat elminin inkişafının yeni mərhələsi” mövzusunda universitet elmi konfransı keçirilib.
Konfransı giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov yubilyarı 80 illk yubileyi münasibəti ilə təbrik edərək tədbirin bütün iştirakçıları adından xoş arzularını bildirib, ölkə elminin inkişafındakı roluna, yeni nəsil riyaziyyatçı elmi kadrların, alim və tədqiqatçıların yetişdirilməsindəki fəaliyyətinə görə təşəkkür bildirib.
Bakı Dövlət Universitetinin dosenti Ramiz Əhmədov professor Nihan Əliyevin həyat və fəaliyyəti barədə geniş məruzə edib.Məruzədə dünya şöhrətli riyaziyyatçının həyatının, iş fəaliyyətinin maraqlı məqamlarından söz açılıb, Nihan Əliyev əsil alim, müəllim , şəxsiyyət kimi yüksək dəyərləndirilib.
Bakı Dövlət Universitetinin müəllimləri Zakir Xankişiyev, Aytəkin Əfəndiyeva, , İran İslam Respublikasından olan riyaziyyatçı alim, professor Məhəmməd Cahanşahi, yubilyarın qızı , biologiya elmləri namizədi Şəhla Əliyeva , dissertant Aygün Məmmədzadə və başqaları çıxışlarında professor Nihan Əiiyevin Azərbaycanda riyaziyyat elminin inkişafındakı rolundan, gənc tədqiqatçılara göstərdiyi diqqətdən, ölkə xaricindəki elmi fəaliyyətindən söz açıblar.
Professor Nihan Əliyev diqqətə və xoş sözlərə görə çıxışçılara minnətdarlıq bildirib, konfransın təşkilatçılarına təşəkkür edib, ölkədə elmin inkişafı naminə bundan sonra da yorulmadan çalışacağını, gənclərə həmişə dəstək olacağını deyib.
Rəsmi hissənin sonunda yubilyara təzə-tər çiçəklər və xatirə hədiyyələri təqdim olunub, xatirə şəkilləri çəkilib.
Elmi konfrans fasilədən sonra işini elmi işlərin müzakirəsi ilə davam etdirib.Qeyd edək ki, elmi konfransa 100 elmi məqalə təqdim edilib .
 LDU-da “İnteqrasiya mühitində Azərbaycan elminin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı keçirilib.


Mənbə:
Paylaş: