Geri

29/06/21

LDU-da ADPU- nun 100 illiyinə həsr olunmuş onlayn konfrans keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan Dövlət Pedaqoji

Universitetinin (ADPU) 100 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. Azərbaycanda müəllim kadrların hazırlanmasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin rolu mövzusunda keçirilən onlayn konfransı Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimov açıb. 100 illik yubileyi dövlət səviyyəsində qeyd edilən ADPU –nun Azərbaycanda pedaqoji kadrların hazırlanmasında müstəsna xidmətləri olduğunu deyən professor Natiq İbrahimov yubiley münasibətilə kollektivin professor-müəllim-tələbə heyətini təbrik edib.Bildirib ki, universitet fəaliyyətə başladığı ilk illərdən bu günə kimi üzərinə düşən şərəfli missiyanı uğurla yerinə yetirib, respublikamızı və keçmiş ittifaqın digər respublikalarının regionlarını peşəkar pedaqoji kardlarla təmin edib və bu iş hal-hazırda da davam etdirilir. Natiq İbrahimov LDU ilə ADPU arasında tədrisin təşkili və pedaqoji kadrların hazırlanması istiqamətində uğurlu əməkdaşlığın perspektivlərindən də söz açıb.

Azərbaycan Dövlət Pedaqoji Unİversitetinin rektoru, professor Cəfər Cəfərov konfransın təşkilinə və xoş sözlərə görə LDU rəhbərliyinə minnətdarlıq bildirib.COVİD-19 pandemiyası səbəbindən yubiley tədbirlərinin onlayn keçirildiyini deyən Cəfər Cəfərov iki il öncə LDU-ya səfərindən və burada gördüklərindən məmnunluğunu bir daha xatırlayaraq Lənkəran Dövlət Univeresitetini cənub bölgəsi üçün işıq, maarif ocağı adlandırıb. ADPU-nun 100 il ərzində keçdiyi şərəfli yoldan söz açan universitet rəsmisi bu müddət ərzində 160 mindən çox müəllim kadrının yetişdirildiyini fəxrlə bildirib.Əgər 100 il əvvəl ADPU 6 tələbə ilə fəaliyyətə başlamışdısa hazırda 18 mindən çox tələbə bizim universitetdə təhsil alır, strukturumuza 5 filial daxildir -deyən Cəfər Cəfərov əsas məqsədlərinin kadr hazırlığını müasir tələblər səviyyəsinə qaldırmaq olduğunu konfrans iştirakçılarının diqqətinə çatdırıb.

Lənkəran Dövlət Universitetinin İbtidai təhsil və məktəbəqədər təlim kafedrasının müdiri, dosent, ADPU-nun məzunu Ayəddin Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov , LDU-nun Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektoru , dosent İdrak Əsgərov məruzə və çıxışlarında Azərbaycan Dövlət Pedaqoji Universitetinin keçdiyi bir əsrlik yoldan, qazanılan uğurlardan, hazırkı fəaliyyətindən, tanınmış məzunlarından söz açıblar.

Konfransın yekununda professor Natiq İbrahimov bir daha ADPU kollektivini yubiley münasibətilə təbrik edərək sonrakı fəaliyyətlərində uğurlar arzu edib.

LDU-da  ADPU- nun   100 illiyinə həsr olunmuş onlayn konfrans keçirilib.


Mənbə:
Paylaş: