Geri
LDU-da tyutor hazırlığı kursunun müdavimlərinə sertifikatlar təqdim edilib
Lənkəran
Dövlət Universitetinin (LDU) nəzdində
yaradılan tyutor hazırlığı kursunun növbəti
buraxılışı olub.Müdavimləri təbrik edən LDU-nun rektoru, professor Natiq
İbrahimov COVİD-19 pandemiyasının yaratdığı çətinliklərə baxmayaraq tyutor hazırlığının təşkilini
universitetin tədris həyatında əlamətdar hadisə kimi dəyərləndirib.
Bildirib ki, kursu uğurla bitirən müdavimlərin əksəriyyəti qarşıdakı
tədris ilində LDU-da və bölgədə fəaliyyət göstərən kolleclərdə işlə təmin
olunacaqlar. Kursu yüksək balla başa vuran müdavimlər ilk növbədə yerləşdiriləcəklər.Müsair təhsil
prosesində tyutorların fəaliyyətini yüksək dəyərləndirən universitet rəsmisi çətin
və məsuliyyətli işlərində müdavimlərə
uğurlar arzu edərək bildirib ki, onlar daima dünya və ölkə təhsilində
baş verən yeniliklərdən xəbərdar olmalı, zamanla ayaqlaşmalı,tələbələrlə səmərəli ünsiyyət qurmağı bacarmalıdırlar. Professor
Natiq İbrahimov hazırlıq kursunu bitirən müdavimlərə Lənkəran Dövlət Universitetinin
sertifikatlarını təqdim edib.
Qeyd
edək ki, LDU-da tyutor hazırlığı üçüncü dəfədir ki, həyata keçirilir. Bu
ilki hazırlıq kursunda məşğələləri Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin əməkdaşı Rəna
Hacımuradova aparıb.