Geri
LDU-da Aşıq Ələsgər yad edilib.
Lənkəran Dövlət Universitetində (LDU) Azərbaycan aşıq sənəti, milli aşıq poeziyası tarixində şərəfli yer tutan ustad sənətkarlardan biri olan Aşıq Ələsgərin anadan olmasının 200-cü ildönümü münasibətilə tədbir keçirilib.Universitetin Azərbaycan dili və ədəbiyyat kafedrasının təşəbbüsü ilə onlayn keçirilən elmi seminarı kafedranın müdiri, dosent Elşad Səfərli açıb və el sənətkarının anadan olmasının 200-cü ildönümünün təntənəli şəkildə qeyd olunması barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamdan danışıb, bunu el aşığına verilən böyük dəyər adlandırıb.
Seminarda dosent Elşad Səfərli “Aşıq Ələsgər yaradıcılığında sufilik” mövzusunda geniş məruzə edib.Məruzədə Aşıq Ələsgərin yaradıcılığının ətraflı təhlili əsasında fəlsəfi düşüncələrindən, elmi-əxlaqi dünyagörüşündən söz açılıb.
Tədbirdə universitetin dosentlərindən Qədim Rufullayev “Aşıq Ələsgərin aşıq yaradıcılığında mövqeyi”, Abid Tahirli “ Aşıq Ələsgər yaradıcılığı və milli-mənəvi dəyərlər müasir dövrdə”, Könül Dənziyeva “Aşıq Ələsgərin lirikası”, Elman Mirzəyev “Aşıq Ələsgərin dili və Azərbaycan şivələri”, baş müəllim Mehman Əliyev “Aşıq Ələsgər irsi irfani konteksdə”, doktorant və dissertantlardan Esmira İsmayılova “Aşıq Ələsgər yaradıcılığının mövzu dairəsi”, Vüsalə Cavadova “Aşıq ƏLəsgər yaradıcılığında təbiət təsvirləri”, Dəyanət Əsgərov “Aşıq Ələsgər yaradıcılığında xəlqilik”, Leyla İbrahimova “Aşıq Ələsgər Azərbaycan ədəbiyyatşünaslığında” mövzularında çıxış ediblər.
Diskussiya şəraitində keçən tədbirdə Aşıq Ələsgər yaradıcılığının müasir dövrdə təbliği, tədrisi məsələlərinə də toxunulub.