Geri

27/09/21

FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti LDU-da seminar-müşavirə keçirib.


Lənkəran Dövlət Universitetində (LDU) yanğın təhlükəsizliyi ilə bağlı seminar-müşavirə keçirilib. Tədbir 27 sentyabr Anım Günü ilə bağlı şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.

LDU-nun Elm və innovasiya məsələləri üzrə prorektoru dosent Elvin Əliyev seminar – müşavirənin profilaktik məqsəd daşıdığını və maarifləndirmə xarakterli olduğunu bildirib, LDU-da da təhlükəsizlik tədbirlərinin qorunması ilə bağlı belə tədbirlərin mütəmadi keçirildiyini qeyd edib, dünyada texnogen, ekoloji hadisələrin və təbii fəlakətlərin ildən-ilə çoxaldığı bir dövrdə hər bir kəsin ilkin tibbi yardım bacarığının olmasının və fövqəladə hallar zamanı təhlükəsizlik tədbirlərinə əməl etməsinin vacibliyini qeyd edib.

Seminar-müşavirədə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin (DYNX) -nin Cənub regional Dövlət Yanğın Nəzarəti İdarəsinin şöbə müdiri Samir Kərimov sözügedən qurumun böyük inspektoru Orxan Ağazadə çıxış edərək yanğın təhlükəsizliyi və yanğından mühafizə ,yanğınların söndürülməsi, ilkin odsöndürən vasitələr (növləri, tərkibi və onlardan istifadə) və s.barədə seminar iştirakçılarına ətraflı məlumat veriblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

FHN-nin  Dövlət Yanğın Nəzarəti Xidməti  LDU-da  seminar-müşavirə keçirib.


Mənbə:
Paylaş: