Geri

02/11/21

Elmi şurada kollokviumlara və qışa hazırlığın gedişi müzakirə edilib.


Lənkəran Dövlət Universitetində (LDU) fəaliyyət göstərən Elmi şuranın bu dəfəki iclası uzun fasilədən sonra, COVİD-19 pandemiyasının tələbləri gözlənilmək şərti ilə ənənəvi şəkildə- əyani keçirilib. Universitetin əsaslı təmirdən yenicə çıxmış akt zalında keçirilən Elmi şuranı universitetin rektoru, professor Natiq İbrahimov açıb və gündəlikdə duran məsələlərlə şura üzvlərini tanış edib.

Müzakirəyə çıxarılan ilk məsələ “2021/2022 tədris ilinin payız semestrinin gedişi, kollokviumlara hazırlığın vəziyyəti” barədə olub. Bu barədə hesabatı Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, dos.İdrak Əsgərov təqdim edib. Bildirib ki, universitet üzrə tədris prosesi zamanı bütün pandemiya qaydaları gözlənilməkdədir. Bu günədək tələbələrin 96%, əməkdaşların isə 98% vaksinasiya olunmuşlar. 2021/2022-ci tədris ili üzrə universitetə bakalavriat səviyyəsindən 37 ixtisas üzrə 1290, magistratura səviyyəsindən 23 ixtisaslaşma üzrə 197 tələbə qəbul olunub və bütün qruplar üzrə dərslər ənənəvi şəkildə keçilir. Kollokviumlara hazırlığın vəziyyətinə gəlincə, birinci kollokviumlar noyabr ayının 10-da başlayıb 20-dək davam edəcəkdir. İkinci kollokviumlar isə dekabr ayının 10-da başlayıb 20-i yekunlaşdırılacaqdır. Dos.İ.Əsgərov kollokviumlara hazırlığın qənaətbəxş olduğunu deyib.

“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə tədrisin gedişi haqqında kollecin direktoru, dos. Ruslan Həmidovun hesabatı dinlənilib. Dos.R.Həmidov bildirib ki, Lənkəran Dövlət Universitetinin nəzdində Sosial və Aqrar-Texnoloji Kollecdə 23 ixtisas (18 –i yeni təsnifat, 5-i isə köhnə təsnifat üzrə) üzrə 1145 tələbə (1071 nəfər əyani,74 qiyabi, 639 dövlət hesabına, 506 ödənişli əsaslarla) təhsil alır. Onlardan 663 tələbə Sosial şöbədə, 482 tələbə isə Aqrar və texnoloji şöbədə oxuyur. 2020/21-ci tədris ilinin yay imtahan sessiyasının nəticələrinə görə kollec üzrə müvəffəqiyyət faizi – 91,05, keyfiyyət faizi - 9,19 olmuşdur. 2021/22-ci tədis ili üçün 219 nəfər ümumi orta təhsil bazasından, 264 nəfəri isə tam orta təhsil bazasından olmaqla cəmi 483 qəbul plan yeri nəzərdə tutulmuşdu. Onlardan da 241 dövlət hesabına, 242 isə ödənişli əsaslarla. Bu isə ötən ilin qəbul plan yerindən (ötən il 343 olub) 40,81 faiz çoxdur. Hazırda 483 plan yerinə qarşı 458 tələbə qəbul olunmuş, 25 yer isə vaxtında qeydiyyatdan keçməyən abituriyentlər hesabına boş qalmışdır. Beləliklə, qəbul planı 94.9 faiz icra olunmuşdur.Direktor kollecdə qış mövsümünə hazırlaq işlərindən də söz açıb. Bildirib ki, kollecin tədris binalarında olan müasir istilik sistemlərində zəruri olan cari təmir işləri aparılaraq tam işlək vəziyyətə gətirilib, elektrik xətləri, avtomat açarlar, elektrik daşıyıcıları və yanğın təhlükəsizlik sistemləri yararlı hala salınıb.

Lənkəran Dövlət Universitetində aparılan təmir-tikinti işləri və qışa hazırlığın vəziyyəti haqqında LDU-nun Təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektoru Azər Əliyev məlumat verib.Məlumatda qeyd edilib ki, keçmiş qızlar yataqxanası əsaslı şəkildə rekonstruksiya olunaraq müəllimlər üçün xidməti mənzillərə çevrilib və lazım olan bütün şərait yaradılıb.Həmçinin LDU-nun Elmi kitabxanasının əsaslı təmiri də başa çatıb, tələbə və müəllimlərin istifadəsindədir.Burada elektron oxu zalları, akt zalı müasir avadanlıqlarla təchiz edilib.Universitet üçün yeni 5 mərtəbəli tədris korpusunun inşasına artıq başlanılıb və tikinti işləri yəqin ki, tədris ilinin sonuna yekunlaşacaq.Hazırkı tədris korpusunu isə rekonstruksiya edib oğlanlar üçün yataqxana binasına çevirmək planlaşdırılıb. A.Əliyev universitetdə qışa hazırlıq işlərinin davam etdiyini , bu sahədə hər hansı çətinliyin yaşanmadığını deyib. Bildirib ki, su-kanalizasiya, işıq, istilk sistemləri işlək vəziyyətdədir və havaların soyuması ilə bağlı binalara istilk verilişinə başlanılıb.

LDU-nun Elmi katibi Allahşükür Quliyev “Azərbaycan müəllimi”qəzetində dərc olunan elana əsasən seçkilərin keçirilməsi və universitetin Elmi və tədris metodiki şurasında baxılan işlərin müzakirəsi barədə açıqlama verərək şura üzvlərini işin gedişi ilə tanış edib. Boş olan yerlərə namizədlər gizli səsvermə yolu ilə seçilib.

Elmi şurada bir sıra cari məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.

Elmi şurada kollokviumlara və qışa hazırlığın gedişi müzakirə edilib.


Mənbə:
Paylaş: