Geri
Lənkəran Dövlət Universitetində imtahan sessiyasına start verilib.
Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Lənkəran Dövlət Universitetində (LDU) 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasına bu gün start verilib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin tədris korpuslarına baş çəkib və imtahanların gedişini əyani izləyib.
Qeyd edək ki, universitet rəsmisi imtahan başlamazdan öncə dekanlar, koordinator-müəllim, rəhbər koordinatorlar və imtahanların gedişinə məsul digər şəxslərlə görüş keçirib. Görüş iştirakçılarını yeni təqvim ili münasibəti ilə təbrik edən professor Natiq İbrahimov payız semestrinin imtahan sessiyasına hazırlığın son vəziyyətini müzakirə edib, bununla bağlı məsul şəxslərin hesabatlarını dinləyib.Natiq İbrahimov bu semestrdə də imtahanların şəffaf keçiriləcəyinə, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağına əminliyini ifadə edib.
Lənkəran Dövlət Universitetində 2018/2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyası əyani təhsilalma forması üzrə bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün yanvarın 4-dən fevralın 1-nədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV tədris ili qrupları üçün yanvarın 7-dən yanvarın 12-dək, bakalavriat səviyyəsinin V tədris ili qrupları üçün 30 yanvar tarixindən fevralın 1-dək keçiriləcək.
Bütün fakültələr üzrə imtahanlar əyani təhsilalma forması üzrə saat 10:00-da, qiyabi təhsilalma forması üzrə 14:00-da başlanacaq və 2 saat müddətində başa çatacaq.
3417 bakalavr və 120 magistrantın iştirak edəcəyi imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb, əlaqə telefonları kimi 025-5-27-86, 025-5 -24-17 müəyyən edilib.Sessiyanın gedişi müddətində obyektivliyi və şəffaflığı təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədi ilə universitetin tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular qoyulub. İmtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində Apellyasiya komissiyaları yaradılıb.
Xatırladaq ki, ki, sessiya dövründə universitetin İctimai şurasının üzvləri də imtahanlarıln gedişini əyani izləyəcəklər.
Esmira İsmayılova