Geri
Lənkəran Dövlət Universitetinin rektoru, professor Natiq İbrahimovun Zəfər Günü münasibətilə Təbriki
Əziz tələbələr, hörmətli professor-müəllim-işçi heyəti,dəyərli valideynlər, məğlubedilməz Azərbaycan xalqı!
Bu gün Azərbaycan öz tarixinin ən şərəfli, sevincli günlərini - Zəfər Gününün bayram ovqatını yaşayır. Ötən ilin bu vədəsində Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin komandanlığı altında əzəli dədə-baba torpaqlarımızı işğaldan azad etməklə tarixinin ən şərəfli səhifəsini yazdı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi qarşısında düşmən diz çökdü! Ermənistan ağ bayraq qaldıraraq, Azərbaycanın şərtləri əsasında tərtib olunmuş kapitulyasiya aktını imzalamağa məcbur oldu, xalqımız tarixi Zəfərini qazandı.
Ölkə başçısı cənab İlham Əliyev qazanılan Zəfəri bütün xaqlqın qələbəsi kimi dəyərləndirir: “Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı”.
44 günlük müharibə Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini göstərdi. Azərbaycan tarixi torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı, şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarımızda törədilən soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldı, işğalçı Ermənistana layiq olduğu yeri göstərdi. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, ölkə Prezidentimiz, Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, Güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.
Bu tarixi qələbə-böyük Zəfər Günü münasibətilə LDU ailəsini, bütün xalqımızı ürəkdən təbrik edirəm!
Yaşa, Vətən, çox yaşa,
Yaraşır Zəfər sənə!
Alqış, min kərə alqış
Zəfəri bəxş edənə!
Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan!