Geri
LDU-da elmi şura ilin ilk iclasını keçirib.
Lənkəran Dövlət Universitetində (LDU) Elmu şura 2019-cu ildə ilk iclasını keçirib.Şura iclasını adəti üzrə universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov açıb və iştirakçıları gündəlikdə duran məsələlərlə tanış edib.
Lənkəran Dövlət Universitetində formalaşdırılmış yeni Elmi şura haqqında şuranın katibi Allahşükür Quliyev məlumat verib və şura üzvlərini təqdim edib.
“Payız semestrinin imtahan sessiyasının gedişi haqqında” Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak Əsgərov məlumat verib.Məruzəçi hazırkı dövrə kimi imtahan sessiyasının normal getdiyini, hər hansı problemin qeydə alınmadığını deyib, eyni zamanda, bəzi ixtisaslar üzrə I kurs tələbələrinin imtahan nəticələrinin aşağı olduğunu naarahatlıq doğuran hal kimi şura üzvlərinin diqqətinə çatdırıb.
Sosial məsələlər üzrə prorektor Kamran Kazımov daxili intizam qaydalarının qorunması istiqamətində görülən işlərdən danışıb.
Universitet “Elmi və Tədris-metodiki şura”sında baxılan işlərin müzakirəsi və “Doktorantura və dissertantura üzrə boş qalan yerlər barədə” Elm şöbəsinin müdiri dosent Elvin Əliyev məlumat verib.
Elmi şurada həmçinin komissiyaların tərkibi müəyyənləşdirilib və açıq səsvermə yolu ilə seçilib.
Şurada cari məsələrə də baxılıb , müzakirəyə çıxarılan bütün məsələlər barədə qərar qəbul edilib.