Geri
Cəbrin müasir problemləri müzakirə edilib.
Lənkəran Dövlət Universitetinin (LDU) riyaziyyat və informatika kafedrasında keçirilən növbəti seminar cəbrin müasir problemlərinə həsr edilib.LDU-nun rektoru vəzifəsini icra edən riyaziyyat üzrə elmlər doktoru, professor Natiq İbrahimov bu dəfəki seminarı Novosibirsk Dövlət Universitetinin ümumi riyaziyyat kafedrasının professoru İ.A.Malçevin aparacağını bildirib, qısa təqdimatdan sonra sözü məşhur riyaziyyatçıya verib.
Professor İvan Malçev bir neçə dəfə Azərbaycanda olduğunu, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə yaxından əməkdaşlıq etdiyini , Lənkəran Dövlət Universiteti ilə elmi əməkdaşlıqda da maraqlı olduğunu bildirib, dəvətə görə universitet rəsmisinə minnətdarlıq edib.
Elmi seminarda İvan Malçev kreativ funksiyalara malik kvazixətli klonların xassələrini təhlil edib, iştirakçıları maraqlandıran suallaları cavablandırıb.
Seminarın işində Azərbaycan Milli Elmlər Akademiyası Riyaziyyat və Mexanika İnstitutunun təhsil şöbəsinin müdiri, riyaziyyat elmləri doktoru, professor Ədalət Axundov, şöbə müdiri , riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Əli Babayev, LDU-nun riyaziyyat və informatika kaferdrasının müəllimləri, doktorant, dissertant və magistrlər iştirak edib.