Geri

27/09/19

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi diqqət mərkəzində.


Lənkəran Dövlət Universiteti ilə Lənkəran Şəhər Gənclər və İdman İdarəsi arasında təsdiq olunmuş birgə tədbirlər planına əsasən universitetin bir qrup tələbəsinin Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinə ekskursiyası təşkil edilib.

Tədbirdə şəhər gənclər və idman idarəsinin əməkdaşları, LDU-nun tələbə-müəllim heyəti, eləcə də gənc əsgərlər iştirak ediblər.Hərbi hissənin komandiri, polkovnik-leytenant Azər Əliyev tədbir iştirakçılarına hərbi hissənin təyinatı,orada görülən işlər haqqında geniş məlumat verib.Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin rəisi Yalçın Əhmədov tədbirin prezident İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017- 2021- ci illərdə” Dövlət Proqramına müvafiq olaraq keçirildiyini , belə görüşlərin gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunmasında, onların ilkin hərbi biliklərlə yiyələnməsində, eləcə də tələbələrin vətənpərvər kimi yetişməsində müsbət rol oynadığını bildirib.

Rəsmi hissədən sonra tələbələr hərbi hissə ilə əyani tanış olublar.Onlara əsgər kazarması, silahlandırma otağı,pirotexniki ,kimyatəyinatlı sinif otaqları, eləcə də ərazinin minalanması və minalanmış ərazinin zərərsizləşdirilməsi haqqında ətraflı məlumat verilib, gəncləri maraqlandıran suallar cavablandırılıb.

Ekskursiya Azərbaycanın hərb tarixində və ordu quruculuğunda böyük xidmətləri olan Sovet ittifaqı Qəhrəmanlarına həsr edilmiş “Tarixin canlı səhifələri” adlı filmin nümayişi ilə yekunlaşıb.

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsi diqqət mərkəzində.


Mənbə:
Paylaş: