Geri

27/09/19

Lənkəran Dövlət Universitetində regional olimpiada keçirilib.


Lənkəran Dövlət Universitetində (LDU) keçirilən regional olimpiadada Astara, Lənkəran, Masallı, Lerik, Yardımlı rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri, Lənkəran Humanitar, Astara Pedaqoji və Masallı Dövlət Regional kolleclərinin tələbələri iştirak ediblər.İştirakçıların fizika, riyaziyyat, kimya, biologiya, informatika və coğrafiya fənləri üzrə bilikləri sınağa çəkilib.
LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitet ilə ümumi və tam orta məktəblər, eləcədə bölgədə fəaliyyət göstərən kolleclər arasında əlaqələrin möhkəmləndirilməsində regional olimpiadaların böyük əhəmiyyət daşıdığını deyib, bildirib ki, bu ilki bilik yarışmasına qatılan iştirakçılar daha iki fənndən- coğrafiya və informatikadan da biliklərini sınamaq imkanı qazanıblar.Professor Natiq İbrahimov qeyd edib ki, LDU bölgə iqtisadiyyatının, sosial-mədəni həyatının inkişafı üçün kadr hazırlığı bazası rolunu uğurla həyata keçirir, yeni ixtisaslar üzrə mütəxəssis hazırlığı istiqamətində fəaliyyətini genişləndirir,regional olimpiadaların təşkilinə böyük önəm verir.
Bilik yarışmasına qatılan 250-dək tələbə və şagird seçdikləri fənnlər üzrə 30 sualı 2 saat ərzində yazılı cavablandırıblar.
Aşkarlığı təmin etmək məqsədilə olimpiada üçün ayrılmış auditoriyalar veb-kamera ilə təchiz olunub və nəzarətçi müəllimlər ayrılıb. Olimpiadanın gedişini Lənkəran Dövlət Universitetinin rektoru Natiq İbrahimov şəxsən izləyib.
6 aprel 2019-cu il tarixdə, saat 12.00-da qaliblərin mükafatlandırma mərasimi keçiriləcək və onlara LDU-nun fəxri-fərman, diplom və qiymətli hədiyyələri veriləcək.
Qeyd edək ki, Lənkəran Dövlət Universitetində regional fənn olimpiadaları ənənəvi olaraq hər il keçirilir.
Esmira İsmayılova
LDU-nun mətbuat xidmətinin rəhbəri.
Lənkəran Dövlət Universitetində regional olimpiada keçirilib.


Mənbə:
Paylaş: