Geri

27/09/19

LDU-nun kollektivi yeni tamaşanın premyerasında olub.


Lənkəran Dövlət Universitetinin (LDU) kollektivi universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov başda olmaqla Lənkəran Dövlət Dram Teatrında iranlı dramaturq Bəhram Beyzayinin “Senemar” faciəsi əsasında hazırlanmış tamaşanın premyerasına baxıb.

İranlı rejissor Qərib Mənuçehrinin quruluş verdiyi yeni tamaşanın səhnə tərtibatçısı rəssam Tərlan Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur.Tamaşada əsas rolları Xalq artisti Qabil Quliyev, Əməkdar artist Sucəddin Mirzəyev, artistlərdən Səyad Əliyev, Aynur Əhmədova, Emin Fərzullayev, Rauf Zeynalov və Amil İbrahimli ifa ediblər.

Xatırladaq ki, bu iranlı rejissorun Lənkəran teatrında tamaşaya qoyduğu ikinci əsərdir.2015-ci ilin dekabrında da iranlı yazıçı Bəhram Beyzayinin “İlan Sultan” əsəri iranlı rejissor Xeyrullah Təğiyanipurun quruluşunda Lənkəran teatrında tamaşaya qoyulub.

Qeyd edək ki, Lənkəran Dövlət Universiteti ilə Lənkəran teatrı arasında sıx yaradıcılıq əlaqələri mövcuddur.Artıq teatrın nəzdində LDU-nun həvəskarlarından ibarət “Tələbə teatrı” fəaliyyətə başlayıb.

 LDU-nun kollektivi yeni tamaşanın premyerasında olub.


Mənbə:
Paylaş: