Geri

27/09/19

Lənkəran Dövlət Universitetinin tələbəsi Rusiya Kino Festivalında 1-ci yerə layiq görülüb.


Astarxan Dövlət Texniki Universitetinin təşkilatçılılğı ilə “Xəzəryani Ölkələrin Universitetləri Assosasiyası” tərəfindən 19 – 20 aprel 2019-cu il tarixlərində “Delta-Plan – 2019” adlı Rusiya Kino Festivalı keçirilib.Festivala qatılan Lənkəran Dövlət Universitetinin tələbələrindən Aqrar və mühəndislik fakültəsinin Aqronomluq ixtisası üzrə II tədris ili tələbəsi Xəyyam Tahirzadə uğurlu təqdimatına görə fərqlənərək 1-ci yerə layiq görülüb.

Həmçinin ,Lənkəran Dövlət Universiteti festivalda fəal iştirakına görə təşəkkürnamə, iştirakçı tələbə isə sertifikatla təltif edilib.

Lənkəran Dövlət Universitetinin tələbəsi Rusiya Kino Festivalında 1-ci yerə layiq görülüb.


Mənbə:
Paylaş: