Geri

27/09/19

LDU orta məktəblərlə əlaqələrini genişləndirir.


“Lənkəran Dövlət Universiteti bölgənin orta ümumtəhsil məktəbləri ilə əlaqələri genişləndirməkdə maraqlıdır”- bu sözləri LDU-nun rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov Astara rayonunun Y.Ağayev adına Artupa tam orta məktəbinin müəllim və şagirdləri ilə görüşü zamanı deyib.Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ümumi və ali təhsil müəssisəsi əməkdaşlığı üzrə pilot layihənin tətbiqi barədə”27 noyabr 2017-ci il tarixli əmrin universitetlə orta ümumtəhsil məktəbləri arasında əlaqələrin qurulmasına müsbət təsir göstərdiyini deyən universitet rəsmisi qarşılıqlı münasibətlərin hər iki tərəf üçün səmərəli olduğunu qeyd edib.Artupa məktəbinin LDU-ya göstərdiyi marağı yüksək dəyərləndirən professor Natiq İbrahimov məktəbə hərtərəfli qayğı və diqqət göstərməyə, himayədarlıq etməyə hazır olduqlarını bildirib.Belə ki, bundan sonra Artupa tam orta məktəbinin müəllim və şagirdləri universitetin zəngin kitabxanasından, fənn kabinələrindən, laboratoriyalarından,maddi-texniki bazasından təmənnasız şəkildə istifadə edə biləcəklər.Eyni zamanda, LDU-nun müəllimlərinin sözügedən məktəbdə nümunəvi dərslər keçməsi, birgə tədbirlərin təşkili qərarlaşdırılıb.Natiq İbrahimov qonaqlara LDU-da aparılan son təhsil islahatları,tikilməkdə olan yeni yataqxana binası, tədris korpusları və s. barədə də ətraflı məlumat verib.

Görüşdə məktəbin direktoru Aynur Muradova, müəllimlərdən Nadir Quliyev,Fazil Məmmədov,Rəfael Məmmədov çıxış edərək səmimi qəbula ,diqqətə ,himayədarlıq təşəbbüsünə görə professor Natiq İbrahimova minnətdarlıq bildiriblər.

Sonda qonaqlara universitetin xatirə hədiyyələri təqdim edilib.Qeyd edək ki, Y.Ağayev adına Artupa tam orta məktəbinin müəllim və şagird kollektivi artıq ikinci dəfədir ki,LDU-ya səfər edir.

LDU orta məktəblərlə əlaqələrini genişləndirir.


Mənbə:
Paylaş: